"Ramazan ayında oruc tutmaq istəyən ürək-damar sistemi xəstələrinin kardioloqları ilə məsləhətləşmələri tövsiyə olunur”.
ONN media xəbər verir ki, bunu Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova deyib.
Həkim bildirib ki, orucun nəfsi tərbiyə etdiyini unutmadan iftar və imsakda düzgün qidalanmalı və yetərli maye qəbuluna mütləq diqqət edilməlidir.
“Hansı ürək-damar xəstəlikləri olan insanlara oruc tutmaq tövsiyə olunmur” sualını cavablandıran həkimin sözlərinə görə, sinə ağrısı, nəfəs darlığı kimi ürək-damar xəstəlikləri ilə bağlı davamlı şikayətləri olanlar oruc tutmamalıdırlar.
“Eyni zamanda, inkişaf etmiş ürək çatışmazlığı olan xəstələr, xüsusilə yay dövründə yüksək dozada diaretik qəbul edən xəstələrin oruc tutması əlverişsizdir. Son altı ayda infarkt keçirən, ürək xəstəliyi səbəbilə sinə ağrısı olan, son altı ayda balon, stent va ya “bypass” əməliyyatı keçirən, nəzarət olunmayan və ya həyatı üçün təhlükə yaradan aritmiyaları olan xəstələr, rezistent hipertoniya, yəni dərman terapiyasına baxmayaraq, yüksək təzyiqi olan xəstələr qan təzyiqi normallaşana qədər oruc tutmamalıdırlar”.



Xroniki xəstəliyi olanlara Ramazan XƏBƏRDARLIĞI
Bu şəxslərə oruc tutmaq OLMAZ! – Mütləq oxuyun
Bu şəxslərə oruc tutmaq olmaz
Oruc tutmaq koronavirusa qarşı ümmuniteti zəiflədir? – AÇIQLAMA
Bu içkilər ürək-damar xəstəlikləri riskini azaldır
Yer fındığının inanılmaz FAYDASI: Müntəzəm qəbulu...
Ürək xəstəlikləri və insult riskini azaldan QƏHVƏ – Alimlər arasında ÇAXNAŞMA
Yatmazdan öncə diş fırçalamağın inanılmaz faydası
Sahura qalxmadan oruc tutmayın! - XƏBƏRDARLIQ
Ürək üçün ən faydalı VİTAMİN - İtalyan alimlər AÇIQLADI
Şəkərli diabetdən əziyyət çəkən şəxslər oruc tuta bilərmi?
Sağalan xəstələrin ürəyində koronavirus izləri TAPILDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 