Hazırda Günəşdə ləkələr müşahidə olunsa da, fəallıq aşağı səviyyədədir.
ONN media xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatında bildirilib.
Qeyd olunub ki, hər hansı alışma, tac kütlə atılması müşahidə olunmur.
Buna baxmayaraq, mövcud vəziyyət yaxın üç gün ərzində M sinfindən olan alışmanın yarana biləcəyini istisna etmir. Günəş küləyi ilə bağlı vəziyyət isə qeyri-stabildir.
Məlumata görə, bunun əsas səbəbi 20-21 mart tarixlərində DSCOVR tərəfindən qeydə alınan tac kütlə atılmasının Yerə yaxınlaşmasıdır. STEREO-A koronoqrafından alınan təsvirlərin təhlili ümumi maqnit sahəsinin intensivliyinin 22 nTl-ə, Bz komponentinin maksimal kənaraçıxmasının 17 nTl-ə bərabər olduğunu göstərir. Bu parametrlərin ölçülən ədədi qiymətləri kosmik hava şəraitində kifayət qədər güclü həyəcanlaşmadan xəbər verir. Hesabat dövründə Günəş küləyinin sürəti 450-500 km/san intervalında, maksimal həddi isə 517 km/san olub.
Günəş küləyində müşahidə olunan həyəcanlaşmaların növbəti üç gün ərzində də davam edəcəyi proqnozlaşdırılır. Belə qeyri-stabil vəziyyət bu gün Yerdə, əsasən, yuxarı en dairələrində G3 (Kp=7, güclü) səviyyəli geomaqnit qasırğasına səbəb olub. Ümumilikdə isə səviyyəsi G2-G3 (Kp=6-7, orta-güclü) olaraq qiymətləndirilən geomaqnit qasırğası günün sonuna nisbətən səngiyərək G1-G2 (Kp=5-6, minor-orta) səviyyəsinə düşəcək. Bu proqnoz tac kütlə atılmasının təsirinin azalması ilə əlaqələndirilir. 25 və 26 mart tarixlərində ayrı-ayrı saatlarda G1 (Kp=5, minor) səviyyəli maqnit qasırğasının müşahidə olunacağı proqnozlaşdırılır.
Qeyd edək ki, belə maqnit qasırğaları bizim en dairələrinə nisbətən zəifləmiş halda gəlib çatsa da, eko, bio və texnosistemlərə öz mənfi yan təsirlərini göstərir. Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq - diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.
Bundan başqa, əmələ gələn geomaqnit qasırğası səbəbindən yuxarı en dairələrində yerləşən ölkələrin əhalisi yaxın üç gün ərzində əsrarəngiz təbiət hadisəsinin - “avrora”ların (qütb parıltılarının) şahidi olacaq.



Əhaliyə iki günlə bağlı ciddi XƏBƏRDARLIQ - Sabahdan etibarən...
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Yanvarın 15-də...
Kosmik hava durumu - AÇIQLANDI
Rəsədxanadan maqnit qasırğası ilə bağlı xəbərdarlıq
Bu tarixdə güclü geomaqnit qasırğası gözlənilir
Maqnit qasırğası olacaq
Geomaqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ
Geomaqnit qasırğası başladı
Əhaliyə XƏBƏRDARLIQ! - Növbəti iki gündə...
Hava ilə bağlı XƏBƏRDARLIQ- Qasırğa gözlənilir
Bu tarixlərdə geomaqnit qasırğası olacaq
Meteohəssas insanların NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 