İran ordusunun Azərbaycanla sərhəddə aktivliyi – istər təlimlər, istərsə də “qəfil hərbi yoxlamalar” formasında – bir məqsədə xidmət edir: Bakıya təsir etmək.
ONN media xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında müdafiə siyasəti üzrə ekspert David Arutyunov İran generallarının Azərbaycan və Ermənistan sərhədi yaxınlığına qəfil gəlişləri barədə deyib.
Arutyunovun sözlərinə görə, İran Azərbaycandan Ermənistana qarşı təzyiq hiss edən kimi hərbi təhdidə əl atır. Ekspert buna ən son misal kimi İranın hərbi təyyarələrinin Azərbaycan sərhədi yaxınlığında uçmasını göstərib.
Arutyunovun fikrincə, qlobal baxımdan Səudiyyə Ərəbistanı ilə sazişin imzalanması İranın Cənubi Qafqazda fəallaşması üçün əlavə stimuldur. Belə ki, Tehran və Ər-Riyad arasında buzların əriməsi İranın əhəmiyyətli diplomatik, siyasi, hərbi resurslarını azad edir və onların digər bölgələrdə cəmləşməsinə səbəb olur.
İranın vəziyyətin gərginləşəcəyi təqdirdə hərbi addım atmağa hazır olub-olmaması sualına gəlincə, ekspert bildirib ki, Tehran öz ərazisini qoruyacaq:
“Söhbət Ermənistanın Zəngəzur ətrafındakı vəziyyətdən gedirsə, burada məsələ xeyli mürəkkəbdir. Aydındır ki, İranın Ermənistan tərəfdən müdaxiləsi Türkiyə və ABŞ-ın cavab reaksiyasına səbəb olacaq. ABŞ rəsmiləri Azərbaycanla İran təhdidi kontekstində həmrəy olduqlarını dəfələrlə deyiblər. Ən son bu barədə açıqlama verən Dövlət katibi Entoni Blinken oldu. Konqresdə dinləmələr zamanı Bob Menendesin Azərbaycana hərbi yardımın səbəbi barədə sualına Blinken cavabında dedi ki, bu yardım Azərbaycana İranla sərhədini qoruması üçün vacibdir”.
O iddia edib ki, ABŞ-ın və Qərbin bu dəstəyi Azərbaycanın əl-qolunu açır.
Onun düşüncəsinə görə, Qərbin İrana qarşı yönəlmiş istənilən addımı Ermənistanın maraqlarına ziddir:
“Bütün qlobal və ya regional oyunçulardan Ermənistana ən fəal diplomatik, bəzi yerlərdə isə hərbi-siyasi dəstək verən İrandır”.
Arutyunov hesab edir ki, bu, Azərbaycanı çəkindirən faktordur:
“İranın özü böyük ölçüdə qeyri-müəyyənlik mühiti yaradır və saxlayır, bununla da siyasi rəqiblərini daim “gərginlikdə saxlayır”. Bu taktika Tehranın təsir rıçaqlarının effektivliyini artırır”.



İranın Xəzərdə Türkiyə QORXUSU: Tehran təlimlərdən narahatdır
İran Rusiyadan alacağı hərbi texnikanı açıqladı
ABŞ İrana zərbə endirəcək- Şok senari
İranın Bakıya “qadağa” tətbiqinin hədəfi - Korıbko
İran dronları Azərbaycanla sərhədi müşahidə edir - FOTO
Ordumuz başladı, Tonoyan dərhal İran səfiri ilə... - Video
İrandan Ermənistana daha bir XƏBƏRDARLIQ
ABŞ-İran müharibəsi başlayır?- ŞOK CAVAB
İran özünü narahat hiss edir - Brayza
İranın hərbi təlimi zamanı hadisə baş verib- ÖLƏN VAR
İsrailə qətiyyətlə cavab veriləcək – İran
İran BU SƏBƏBDƏN sərhədə qoşun yığdı - AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 