Rusiyaya axmaqcasına açıq meydan oxuyan Ermənistan oturduğu budağı kəsir.
ONN media xəbər verir ki, bunu rusiyalı politoloq Pavel Klaçkov deyib.
“Moskvanın mövqeyi, münaqişə zonasında Rusiya sülhməramlılarının yerləşdirilməsi Ermənistana İkinci Qarabağ müharibəsində hərbi əməliyyatları dayandırmağa kömək etdi. Amma indi vəziyyəti daha da kəskinləşdirən və yenidən müharibəni alovlandıran şərait yaranır. Baş verən müxtəlif addımların kompleksi yeni hərbi toqquşmadan xəbər verir. Bu, tezliklə olacaq. Amma ssenari hər zaman dəyişkən olur.
Cənubi Qafqazdakı vəziyyət həm də ciddi oyunçular - Rusiya, Qərb bloku və Çin arasında qlobal gərginliyin seqmentlərindən birinin əksidir. Və bu qlobal qarşudurmada böyük oyunçuların böyük çəkişmələrinə girmədən soyuqqanlı baş tutmaq və “gəminizi”, yəni dövlətinizi daha təhlükəsiz idarə etmək çox vacibdir”, - o bildirib.
Klaçkov qeyd edib ki, Rusiyanın Cənubi Qafqazda nüfuzu azalır:
“Müəyyən erroziya baş verir və Ermənistan bizim üçün o qədər də əlverişli olmayan ölkəyə çevrilir. İrəvandan gələn bəyanatlar boş yerə yaranmır. Bu ona görədir ki, Qərb Rusiyaya növbəti gərginlik nöqtəsi, başağrısı yaratmaq istəyir”.



Bakı Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ: Ermənistan üçün SON ŞANS...
ABŞ Qarabağda müharibə istəyir?
Sülhməramlılar getdi: bu ayın sonunda Qarabağda nə baş verəcək?
Lavrovdan QARABAĞ AÇIQLAMASI
Rusiya Cənubi Qafqazda vəziyyəti diqqətlə izləyir - KREML
Putinin Bakıya prinsipial səfəri: Nələr gözlənilir? - Korotçenko
Ukrayna inamla Rusiyaya qalib gəlir – Rus jurnalist
Qarabağda silahlı münaqişə baş verə bilər- Ekspert
Rusiya XİN-dən AÇIQLAMA: Azərbaycan və Ermənistan ictimaiyyəti arasında...
Şoyqu: Bizim hərəkətlərimiz heç vaxt Azərbaycana qarşı yönəlməyib
Rusiya Ermənistana ordu yığmaqda kömək edir - Kopırkin
Bakı-Tehran gərginliyi: Kreml hansı addım atır? - Markov
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 