Dünyada qloballaşmanın dağılması, regional birlik və təşkilatların əhəmiyyətinin yenidən qiymətləndirilməsi ilə bağlı yeni geosiyasi vəziyyət yaranır. Bu baxımdan Rusiya və Azərbaycan kimi bir-birinə vacib olan iki ölkə Rusiya liderinin Bakıya dövlət səfərini hər iki tərəf üçün aktual görünən bütün məsələlərin müzakirəsi üçün istifadə edəcək.
ONN media xəbər verir ki, bu sözləri rusiyalı tanınmış politoloq İqor Korotçenko Rusiya Prezidenti Vladimir Putinin Bakıya baş tutacaq səfərini “Vestnik Kavkaza”ya şərh edərkən deyib.
"Rusiya prezidentinin səfəri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi, Qarabağın dirçəldilməsi, məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün genişmiqyaslı proqramların həyata keçirildiyi şəraitdə baş tutacaq. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması da son mərhələdədir.
Eyni zamanda, Ermənistandan bir növ “Troya atı” kimi istifadə edərək, Cənubi Qafqaza nüfuz etmək və orada möhkəmlənmək üçün regiondankənar oyunçuların israrlı səylərini görürük. Bu, istisnasız olaraq Cənubi Qafqazın bütün ölkələri üçün ciddi təhlükəsizlik çağırışıdır və prezidentlər bu barədə mütləq danışacaq.
Rusiya ilə Azərbaycan arasında regionlararası, siyasi, ticari-iqtisadi əlaqələr, o cümlədən enerji sektoru uğurla inkişaf edir. Rusiya siyasi rəhbərliyi Azərbaycana ən mühüm strateji tərəfdaş kimi baxır. Ümumiyyətlə, Azərbaycanın nüfuzu artır, xalqa və iqtisadiyyata xeyir vermək üçün Rusiya-Azərbaycan birgə səyləri son dərəcə vacib görünür”, - o bildirib.
Politoloq qeyd edib ki, əvvəlki dövrdə Azərbaycan Rusiya silahlarının ən böyük alıcılarından biri olub:
"Hərbi-texniki əməkdaşlıq məsələlərinin də Vladimir Putinin İlham Əliyevlə aparacağı danışıqların mühüm tərkib hissəsinə çevriləcəyini deməyə əsas var. Gözləyirik ki, səfər zamanı Rusiyanın müxtəlif profilli şirkətlərinin işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı bərpasında iştirakına dair razılaşmalar da əldə olunacaq.
Bu, çox ciddi səfərdir, prinsipial xarakter daşıyır".



Rusiyadan SENSASİON İDDİA: Azərbaycan S-400-lər alır - Üç gün sonra...
"Meşələrdə gizlənən ermənilərə terrorçular kimi baxılmalıdır"
Gündəmi zəbt edən foto- NƏYƏ İŞARƏDİR?
Putinin Bakı səfəri: Qarabağ, ikitərəfli əlaqələr…
Kim Çen In Putinlə görüşmək üçün Rusiyaya səfər edəcək
Putin Türkiyəyə niyə səfər edir?- AÇIQLANDI
Putin və Əliyev nəyi müzakirə edəcək?
Bakı Soçi görüşündən nə əldə etdi?
Ukrayna prezidentindən rusiyalı həmkarına TƏKİLİF
Putin Bakıya gəlir
Ərdoğan Putinlə Ukraynanı müzakirə edəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 