Bakıda bir sıra tibb müəssisələrində rentgen aparatlarında nöqsan aşkarlanıb, fəaliyyəti dayandırılıb.
ONN media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu bir sıra tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri həyata keçirilib.
Keçirilən tədbirlər nəticəsində qanunvericiliyin tələblərinə uyğun olaraq nöqsanlar aşkar edilmiş, o cümlədən radiasiya təhlükəsizliyi tələblərinə riayət edilməməsi və “xüsusi icazə”nin olmaması səbəbindən müvafiq olaraq Bakı şəhərində yerləşən 19 nömrəli Uşaq və 2 nömrəli Şəhər poliklinikalarında rentgen kabinetlərinin fəaliyyəti, 20 nömrəli Uşaq, 35 və 37 nömrəli Şəhər poliklinikalarında rentgen avadanlıqlarının istismarı dayandırılıb.
Qeyd olunanları nəzərə alaraq, FHN bir daha əhaliyə müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız “xüsusi icazə” əsasında fəaliyyət göstərən tibb müəssisələrinə müraciət olunmasını tövsiyə edir.



Azərbaycanda bu tibb müəssisələri birləşdirilir - SİYAHI
FHN-dən bu müəssisə və təşkilatlara müraciət etdi
Bakıda yeni tibb mərkəzi fəaliyyətə başladı
Bu xəstəxanalar Bakı Baş Səhiyyə Mərkəzinə birləşdirildi
FHN müəssisə və təşkilatlara müraciət etdi
FHN-dən rentgen müayinələri ilə bağlı əhaliyə müraciət
AQTA yüzlərlə nöqsan aşkarladı
Şamaxıda kafedə nöqsanlar aşkarlandı
Bakıda bu məktəbdə əyani tədris dayandırıldı
Azərbaycanda bu mərkəzlər xəstəxanalara birləşdirilir - SİYAHI
Azərbaycanda bir sıra tibb kolleci yenidən təşkil olunacaq - SİYAHI
Ağciyər Xəstəlikləri Mərkəzi yaradılır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 