NATO Baş katibinin müavini Mirça Coananın sözləri Türkiyədəki seçkilərə müdaxilə edilməsi mənasını daşıyır. Türk xalqı kimi prezident seçəcəyinə özü qərar verəcək. Coana bu sözlər yerinə Türkiyənin İsveçə NATO-ya üzvlüklə bağlı PKK-ya dəstəyi kəsmək şərtini yerinə yetirməyi, islami dəyərlərin təhqir edilməsinin qarşısını almağı xatırlatsa, daha yaxşı olardı.
ONN media xəbər verir ki bu sözləri açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
Diplomat Mirça Coananı sözlərinə görə şiddətli şəkildə qınadığını vurğulayıb:
“Türkiyə Finlandiyanın üzvlüyünə niyə razı oldu? Çünki Finlandiya dövlətimizin şərtlərini qəbul etdi. İsveç hökuməti və kənardan prosesə müdaxilə edənlər insan hüquqları deyə-deyə ölkəni hüquq zibilliyinə çevirməməlidirlər. Orada ölkəmizə və xalqımıza qarşı nifrət bəsləyən və müxtəlif terror təşkilatlarının üzvləri var. Sanki qarşımızda terror təşkilatlarının əsirinə çevrilən bir İsveç hökuməti mövcuddur. Yeni prezident seçiləcəyi təqdirdə üzv ola biləcəkləri haqqında xam xəyal qurmasınlar. Belə bir şey mümkün deyil. Əgər üzv olmaq istəyirlərsə, şərtləri yerinə yetirməlidirlər. Eyni zamanda verilən açıqlama xalqımızın iradəsinə müdaxilədir. Bir diplomat kimi verilən açıqlamanı şiddətlə qınayır və pisləyirəm. Öz işləri ilə məşğul olsunlar. Bu cür açıqlama vermək NATO Baş katibinin müavininə düşməz. Türkiyə qəbilə dövləti deyil. İsveç də əgər NATO üzvü olmaq istəyirsə, şərtləri qəbul etməlidir. Başqa yol yoxdur!”
Qeyd edək ki, NATO Baş katibinin müavini Mirça Coana Türkiyədə prezident seçkiləri olacağını və yeni prezidenti seçiləcəyini bildirib. Coana bu səbəbə görə İsveçin təşkilatın 32-ci üzvü olacağına əminliklərini vurğulayıb.



Türkiyənin yeni prezidenti seçiləcək və…
Zelenski NATO-ya dəvət edildi- Yeni plan nədir?
Consonun Türkiyə qərarına: FANTASTİK XƏBƏR!
Finlandiyanın NATO üzvlüyü tarixi addımdır - Mişel
Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşəcək
ABŞ Türkiyəyə bununla bağlı şərt qoydu
NATO: "Müharibənin həlledici mərhələsinə qədəm qoyuruq"
Türkiyə NATO-nu tərk edir?
Hikmət Hacıyev NATO rəsmisilə görüşdü
NATO-da problem Türkiyə ilə bağlı deyil - Diplomat
Türkiyəsiz NATO olmaz - Altun
Çavuşoğlu S-400 dən danışdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 