Qərbi Afrika ölkəsi Qana Oksford Universiteti tərəfindən hazırlanmış yeni malyariya peyvəndini təsdiqləyən ilk ölkə oldu.
Qana Qida və Dərman İdarəsi (FDA) tərəfindən verilən açıqlamada bildirilir: “FDA Oksford Universiteti tərəfindən hazırlanmış R21 malyariya peyvəndi ilə bağlı son sınaq məlumatlarını qiymətləndirib. Bu yeni peyvəndi təsdiqləyən ilk ölkə olan Qanada peyvənd 5 aylıqdan 3 yaşa qədər olan uşaqlara vurulacaq.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu peyvəndi təsdiq etməyi düşünür. Oksford komandası tərəfindən 400-dən çox uşaq üzərində sınaqdan keçirilən peyvəndin ÜST-ün təsdiq meyarları yerinə yetirilib.
Heç bir yan təsir göstərməyən R21 peyvəndi yüksək doza qəbul edənlərdə 2 il ərzində 80, aşağı dozada isə 70 faiz qorunma təmin edir”.
Məlumat üçün bildirək ki, parazit ağcaqanadların dişləməsi ilə ötürülən və orta hesabla 7 günlük inkubasiya dövründən sonra baş verən malyariya qızdırma, titrəmə, tərləmə, baş ağrısı, ürəkbulanma, qusma, əzələ ağrısı, zəiflik kimi qripə bənzər əlamətlərlə özünü göstərir.
Ən ölümcül xəstəliklərdən biri olan və hər 2 dəqiqədən bir uşaq ölümünə səbəb olan malyariya daha çox Afrikada müşahidə edilir. Qitədə hər il orta hesabla 500 min adam malyariya səbəbindən ölür ki, onların yarısı uşaqlardır



Yeni peyvənd növü tətbiq edildi: 2 yaşına qədər uşaqlara...
Azərbaycan bu ölkəyə 100 min ədəd peyvənd göndərdi
Çinin peyvəndi hazırdır - İlk olaraq bu şəxslərə vurulacaq
Britaniya 3-cü peyvəndi də təsdiqlədi
İran COVID-19 peyvəndini təqdim etdi
COVID-19 peyvəndi immuniteti zəif olanları qoruyurmu?
ÜST-dən koronavirusun peyvəndi ilə bağlı - VACİB AÇIQLAMA
Oksforddan MÖHTƏŞƏM XƏBƏR: koronavirus peyvəndindən 100 milyon ədəd...
Azərbaycanda bu yaşda uşaqlara da VAKSİN VURULACAQ - QƏRAR VERİLDİ
Artıq 9-12 yaşında olan uşaqlara peyvənd vurulacaq
Türkiyədən ŞAD XƏBƏR: "Alfa" ştammı belə acizdir...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 