Qərbi Azərbaycan İcması bəyanat yayıb.
ONN media xəbər verir ki, bəyanatda deyilir:
"Ermənistanda Azərbaycan əsgərinə işgəncə verilməsi görüntülərinin yayılmasından cəmi bir gün sonra, bu ölkədə Azərbaycana qarşı növbəti nifrət aktı törədilmişdir. Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının televiziya ilə beynəlxalq aləmə canlı yayımlanan açılış mərasimində Ermənistan İctimai Televiziyasının əməkdaşı, bu ölkədə tanınmış dizayner və sözügedən çempionatın təşkilatçılığında yer alan bir şəxs Azərbaycanın bayrağını nümayişkaranə şəkildə yandırmışdır.
Ermənistanın qanunvericiliyində xarici ölkənin dövlət simvollarına qarşı hörmətsizliyin cinayət sayılmasına baxmayaraq, polis beynəlxalq ictimaiyyətin gözü qarşısında cinayət törətmiş bu şəxsi elə həmin gün azad etmişdir. Ən ağrılısı odur ki, Azərbaycan bayrağının səhnədə yandırılması tamaşaçıların alqışları ilə müşayiət olunmuş, polis tərəfindən azad edilən həmin şəxs bu ölkənin parlament üzvləri daxil olmaqla çoxsaylı kütlə tərəfindən qəhrəman kimi qarşılanmışdır.
Bütün bunlar Ermənistanda Azərbaycana qarşı dövlət tərəfindən dəstəklənən və sistemli şəkildə aparılan etnik nifrət siyasətinin və Azərbaycanofobiyanın göstəriciləridir. Ermənistanda belə ictimai nifrət akltlarını təşkil edənlər xalqlar arasında nifaqı daha da dərinləşdirməyi və qorxu mühiti yaradaraq azərbaycanlıları oraya qayıtmaqdan çəkindirməyi hədəfləyirlər.
Ermənistanın törətmiş olduğu insanlıq əleyhinə cinayətlərə və müharibə cinayətlərinə beynəlxalq aləmin lazımınca reaksiya göstərməməsi bu ölkədə irqi-ayrı seçkilik siyasətinin və cəmiyyətdə ksenofobiya meyllərinin daha da güclənməsinə şərait yaradır. Buna görə də biz beynəlxalq ictimaiyyəti Ermənistanın törətdiyi etnik təmizləmə, irqi ayrı-seçkilik kimi insanlıq əleyhinə cinayətlərinə adekvat qiymət verməyə çağırır.
İcma Azərbaycan bayrağına qarşı törədilmiş cinayəti kəskin şəkildə qınayır və Ermənistan hökumətindən azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dərhal dayandırmağı, azərbaycanlılara qarşı cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməyi və onları şöhrətləndirməyə dərhal son verməyi tələb edir.
Bütün bunlar, Ermənistana qayıtmağımız üçün müvafiq verifikasiya, hüquqi və təhlükəsizlik zəmanət mexanizmini ehtiva edən razılaşmaların zəruriliyini bir daha vurğulayır".



Ermənilər indi də bayrağımızı cırdılar
Əlləri bağlı əsgərə qarşı yüzlərlə çaqqal... - Lapaytis
İrəvanda bayrağımızın yandırılması göstərişini o verib - ŞOK DETALLAR
Ermənistan DÇ-dən məhrum edilə bilər?
İdmançılarımız Ermənistanı tərk etdi
Paşinyan bayrağımızı yandıran şəxs barədə göstəriş verib
Ombudsman Ağdaban soyqırımının ildönümü ilə bağlı bəyanat yaydı
İrəvandan qayıdan millimiz Bakıya çatıb
Gəncəliyev: Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi
Rəsmi Bakıdan Ermənistana CAVAB
Komandamız Ermənistana getməkdən niyə imtina etdi?
XİN və Baş Prokurorluq Xocalı faciəsilə bağlı bəyanat yaydı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 