Avtomobillərin qiyməti bahalaşıb.
ONN media xəbər verir ki, ekspert Sərxan Qədirov "Xəzər Xəbər"ə açıqlamasında qeyd edib ki, ölkədə dizel mühərrikli və ili köhnə olan nəqliyyat vasitələrinin sayında artım müşahidə edilir.
O, hesab edir ki, qiymət artımına səbəb əsasən istehsal ili 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılmasıdır.
Maşınların qiymətinin bahalaşmasına iri avtomobil istehsalçılarının qiymət siyasəti, ehtiyyat hissələrinin və daşınmanın bahalaşması da ciddi təsir göstərib.
Ekspert bildirir ki, Rusiya istehsalı olan avtomobillərə bölgələrdə daha çox ehtiyac var. Buna əsas səbəb ölkənin rayonlarında xarici ölkə istehsalı olan avtomobillərin rəsmi servisinin az və ya heç olmamasıdır. Bu səbəbdən də, bölgələrdə asan təmir olunan və ucuz başa gələn Rusiya istehsalı olan avtomobillərin də qiymətində bahalaşma var. 2004-2005-ci il istehsalı olan Rusiya avtomobilləri hazırda bazarda 6 min manata təklif olunur. Halbuki, onların qiyməti ötən il 4 min manat civarında idi.
Ölkəyə gətirilən avtomobillərin dəyəri də ötən illə müqayisədə artıb. 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 min 799 ədəd nəqliyyat vasitəsi idxal edilib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, nəqliyyat vasitələrinin idxalı 2022-ci ilin ilk rübü ilə müqayisədə dəyər ifadəsində 125 milyon 640 min dollar və ya təxminən 1,7 dəfə artıb.



Avtomobil bazarında son durum - Qiymətlər...
Maşın almaq istəyənlərə ŞAD XƏBƏR
Avtomobil bazarında qiymətlər bahalaşacaq?
Dizel mühərrikli avtomobillərin qiyməti DƏYİŞDİ
Maşın bazarında qiymətlər...
Maşın almaq istəyənlərə şad xəbər
Bakıda avtomobillər bahalaşdı
Bu maşınlar 1000-2000 manat bahalaşdı
Avtomobil almaq istəyənlərə pis xəbər
Avtomobil bazarında bahalaşma olacaq?
Xaricdən maşın gətirənlərə PİS XƏBƏR
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 