Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı şəhəri, Səbail rayonu, “Fəvvarələr meydanı” ərazisi istiqamətində təlim keçirib.
ONN media FHN-dən verilən məlumata görə, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yanğın yerinə yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən (gül dibçəkləri, şlaqbaumlar və s.) yanğın avtomobillərinin yaşayış binasına sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub.
Qeyd olunan nöqsanların aradan qaldırılması üçün aidiyyəti orqanlara müvafiq müraciətlər ünvanlanıb, maşınların park edilməsinə məsul olan şəxslərlə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.



Bu yaşayış kompleksində yaşayanların NƏZƏRİNƏ
“Gənclik Moll”da həyəcan: “yanğın” söndürüldü
Bakıda güclü yanğın: bu yol bağlandı
SON DƏQİQƏ: Bakıda güclü YANĞIN BAŞLADI
Bakıda ikimərtəbəli yaşayış binasında yanğın oldu
Bakıda doqquzmərtəbəli binada yanğın oldu
Bakıda restoranda baş verən yanğın söndürüldü
Nəsimidə yaşayış binasında yanğın olub
Mingəçevirdə YANĞIN OLDU
Bakıda neft qurğusunda yanğın
Qaxda dağlıq ərazidəki yanğın söndürülüb - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 