Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Ramazan bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
ONN media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.
Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, onların ailə və yaxınlarının yüksək diqqət və qayğı ilə əhatə olunduğu xüsusi qeyd olunub.Bayram tədbirlərində çıxış edənlər ölkəmizdə dini dəyərlərin hər zaman qorunduğunu diqqətə çatdırıblar. Bildirilib ki, hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığı, humanizm, xeyirxahlıq və mərhəmət duyğularını daha da gücləndirir.
Silsilə tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.



Ordumuzda Qurban bayramı qeyd olundu
Orduda Qurban Bayramı belə qeyd olundu
Orduda silsilə tədbirlər keçirildi
Hərbi hissələrdə Qurban bayramı qeyd edilir
Zakir Həsənov Xocalı soyqırımı ilə bağlı tapşırıq verdi
Ordumuzda 20 Yanvarla bağlı silsilə tədbirlər keçirildi
MN şəhidlərin xatirəsini yad etdi
Zakir Həsənov Xocalı soyqırımına aid silsilə tədbirlərin keçirilməsi ilə bağlı tapşırıq verdi
Ordumuzda andiçmə mərasimləri keçirildi
Kursantlarımızın andiçmə mərasimi keçirildi
MN rəsmi məlumat yaydı
Gənc əsgərlər and içdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 