Gözümüzdəki simptomların əksəriyyəti bizə bədənimizdəki digər xəstəliklər haqqında işarələr verir. Bununla bağlı türkiyəli oftalmologiya Mütəxəssisi Prof. Dr. Nur Acar Göçgil məlumat verib.
ONN media xəbər verir ki, onun sözlərinə görə, diabetdən hipertoniyaya, damar xəstəliklərindən, qan laxtalanmasına qədər bir çox xəstəliyin qarşısını almaq üçün erkən diaqnozun əhəmiyyəti böyükdür. Gözlərin altının şişməsi ürək xəstəliklərinin də əlaməti ola bilər.
O bildirib ki, yuxu zamanı bədəndə daha çox göz qapaqlarında ödem yığılması baş verə bilər. Yuxudan oyananda gözlərimizin şişdiyini hiss edə bilərik. Günün gec saatlarında azalan bu şişlik kimi şikayətlər gizli ürək xəstəliklərinin xəbərdarlığı ola bilər.
Hər iki gözdə və ya bir gözdə görmə dəyişikliklərinin diabet və hipertoniya əlaməti ola biləcəyini vurğulayan mütəxəssis qeyd edib ki, gözə əhəmiyyətli və qalıcı zərər verə bilən şəkər xəstəliyinə göz dibi müayinəsi ilə erkən diaqnoz qoyula bilər.
“Ürək xəstəliklərinin əsas səbəbi aterosklerozun inkişafıdır. Bu ateroskleroz bədənimizin bütün damarlarında baş verə bilər. Göz damarlarında sərtlik və ya göz damarlarında laxtalanma müvəqqəti görmə pozğunluğuna səbəb ola bilər. Ürək ritmindəki pozğunluqlar da göz damarlarında laxtalanma kimi nəticələrə səbəb ola bilər. Ürək-damar xəstəlikləri və ürək ritminin pozulma riski olduğundan müvəqqəti görmə qabiliyyətini itirmiş insanların yoxlanılması vacibdir”, deyə oftalmoloq əlavə edib.
Onun sözlərinə görə, nəzarət olunmayan yüksək qan təzyiqi göz damarlarında tıxanma yaradır, nəticədə mərkəzi görmə və ya bir nahiyədə görmə pozğunluğu yarana bilər. Tıxanmış damar nahiyəsində retinada qanaxmalar və sarı ləkədə ödem inkişaf edə bilər. Daimi görmə zədəsi yaxından izləmə və vaxtında müalicə ilə minimuma endirilir. Əsas sistemik xəstəliyin müalicəsi də çox vacibdir. Müalicə və yaxından izləmə ilə tor qişada anormal qan damarlarının inkişafının qarşısı alınır. Xəstəliyin şiddəti göz müayinəsi ilə müəyyən edilə bilər.



Gözdəki hansı əlamət hansı xəstəliyin xəbərçisidir?
Diş ətinin qanaması hansı xəstəliyin gizli əlamətidir?
Bu əlamətlər sizdə varsa, MÜTLƏQ HƏKİMƏ GEDİN - Beyin şişi təhlükəsi
Şəkər xəstələrində infarkt riskinin azaldılması üçün nə etməliyik?
Yer fındığının inanılmaz FAYDASI: Müntəzəm qəbulu...
Bu xəstəliyi olanlara isti su ilə çimmək olmaz — SƏBƏB
Qaragilə bu dərdlərin dərmanıdır
Ölüm riskini artıran ƏSAS SƏBƏB
Ayağın şişməsinə səbəb nədir? - Bu hallara diqqət
Göz təzyiqi nədən yaranır?
Ölüm riskini artıran ƏSAS SƏBƏB
Qandurulaşdırıcı 5 məhsul
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 