22 aprel - Beynəlxalq Yer Günüdür.
ONN media xəbər verir ki, bu günün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton Yaşıllaşdırma Gününün keçirilməsini təklif edib və 1882-ci il aprelin 22-si həmin ştatda Ağac Günü elan olunub. 1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək Yer Günü adlandırılıb.
1990-cı ildən başlayaraq Yer Gününün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan milli parklara həsr edilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb, hazırkı dövrdə 190-dan çox ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur. Hazırda Yer Günü günbəgün pisləşən qlobal iqlim böhranlarına diqqət yönəldir.
Beynəlxalq Yer Günü ərəfəsində bir milyarddan çox insan müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağac əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar bu gün çərçivəsində ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar.
Hər il bir deviz altında keçirilən həmin təqvim bu il “Planetimizə sərmayə qoyun” şüarı ilə qeyd olunur.



Azərbaycanda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur
Bu gün Beynəlxalq Qadınlar Günü qeyd olunur
18 oktyabr iş günüdür? - RƏSMİ AÇIQLAMA
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
5 iyun - Ətraf Mühitin Mühafizəsi Günüdür
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Respublika Günü ilə bağlı layihə qəbul olundu
8 Mart- Beynəlxalq Qadınlar Günüdür
8 Mart - Beynəlxalq Qadınlar Günüdür
11 oktyabr - Beynəlxalq Qızlar günüdür
Bu gün bu yerlər PULSUZ OLACAQ
Bu həftə 3 gün ardıcıl qeyri-iş günü olacaq? - NK cavab vermir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 