Rusiya XİN-in Azərbaycan DSX-nin Laçın yolunun girişində, Ermənistanla sərhəddə, Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi qurması ilə bağlı açıqlaması Ermənistanı “narazı” salıb.
ONN media xəbər verir ki, Ermənistan hökumətinə yaxın “Baqramyan-26” Teleqram kanalı bunu Rusiyanın Azərbaycanla birgə olması ilə izah etməyə çalışıb.
“Rusiya XİN azərbaycanyönlü açıqlama yayaraq, Bakı ilə Laçın dəhlizi məsələsində tamamilə şərik olduğunu təsdiqlədi.Rusiya XİN-in açıqlamasında deyilir: “23 apreldəki son hadisələr kontekstində xüsusilə qeyd edirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il birgə bəyanatına zidd olan bütün birtərəfli addımlar qəbuledilməzdir – söhbət Laçın dəhlizinin rejiminin razılaşdırılmadan dəyişdirilməsindən və yaxud o dəhlizdən sülh gündəminə uyğun olmayan istifadədən gedir”.
Mətndən göründüyü kimi, Rusiya XİN Ermənistandan Qarabağa silah-sursat daşınması barədə Azərbaycanın sözlərini təkrarlayıb. Halbuki Azərbaycan bunda təkcə Ermənistanı yox, Rusiya sülhməramlılarını da suçlamışdı, Rusiya XİN-in bəyanatında isə bu barədə bir söz də yoxdur.Ənənəyə uyğun olaraq, Moskva tərəfləri siyasi iradə nümayiş etdirməyə çağırış edir, Üçtərəfli sazişləri pozan birtərəfli addımların və s. qəbuledilməzliyini bildirir.
Ancaq sonda “Qərb oyunçuları və rusofob elementlər”, “Rusiyanın reputasiyasının korlanmasına cəhdlər”dən danışılır”, - kalanda qeyd edilib.Son sözlərin birbaşa Ermənistana aid olduğunu bildirən kanal Bakının “Moskva ilə danışıqların nəticəsi olaraq” bu addımları atdığını iddia edib:
“Smolensk meydanındakı diplomatlar Azərbaycanın sözçüsü funksiyasını yerinə yetirir”.



Sülhməramlılar Bakı ilə danışıqlar aparır
Laçın yolunun girişində keçid məntəqəsi quruldu
MN yenidən RƏSMİ MƏLUMAT YAYDI
Sülhməramlıların avtomobilləri Laçın nəzarət buraxılış məntəqəmizdən belə keçir
Laçın yolu tam nəzarətdə: İndi Zəngəzur başlayır…
Gömrükçülərimiz Laçın postundadırlar
Sərhədçilərimiz keçid məntəqəsinə yerləşiblər
Laçın dəhlizindən 65 minə yaxın maşın, 230 mindən çox adam keçdi - Rusiya MN
Rusiya MN-dən Laçın dəhlizi ilə bağlı AÇIQLAMA
Rusiya vətəndaşları Qarabağı tərk edir
Laçının qaytarılacağı tarix AÇIQLANDI
Laçın şəhəri bizə nə vaxt qaytarılacaq? - Prezident AÇIQLADI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 