Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa çağırırıq.
ONN media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Tərtərdə mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması barədə mətbuat məlumatında bildirilib.
"28 aprel 2023-cü il tarixində Tərtər rayonunda mina partlayışı nəticəsində 3 nəfər mülki şəxs həlak olub.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə 298 nəfər mina qurbanı olmuş, onlardan 54 nəfər həlak olmuşdur.
Tərtərdə baş verən mina partlayışı bir daha onu göstərir ki, Azərbaycana yararlı və düzgün mina xəritələrini təqdim etməyən, Üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində hərbi fəaliyyəti və minaların yerləşdirməsini davam etdirən Ermənistanın əsas məqsədi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır.
Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa çağırırıq", - XİN-dən bildirilib



XİN Ermənistana ÇAĞIRIŞ ETDİ
XİN-dən Xocavənddəki terror aktına sərt reaksiya
XİN Ermənistanla bağlı məlumat yaydı
Tərtərdə mina partlayışı olub- ÖLƏNLƏR VAR
XİN-dən Füzulidəki mina partlayışına reaksiya
Tərtərdə MİNA PARTLAYIŞI: 2 nəfər xəsarət aldı
Cocuq Mərcanlıda çoban minaya düşdü
Təmas xətti olmuş ərazidə mina partladı
Prezident mina partlayışı zamanı ölənlərin sayını açıqladı
Mina qurbanlarının sayı açıqlandı
Tərtərdə mina partlayıb- Yaralanan var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 