Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü də maraqlı idman mübarizəsi vəd edir.
ONN media xəbər verir ki, dünya çempionatının dördüncü mərhələsi – Azərbaycan Qran-Prisində cari mövsümün ilk sprint yarışı təşkil olunacaq.
Saat 12:30-dan 13:30-dək sprint yarışı üçün təsnifat, saat 17:30-dan 18:30-dək sprint yürüşü baş tutacaq.
Həmçinin Formula 2 yarışlarında qısa sprint yürüşü təşkil olunacaq. Yarış saat 15:15-də start götürəcək və 45 dəqiqə davam edəcək.Azərbaycan Qran-Prisinin birinci günündə Formula 1 və Formula 2 üzrə sərbəst və sıralanma yarışları təşkil olunub.
Sərbəst yürüşdə “Preme Racing” komandasının pilotu Oliver Berman birinci olub. “Hitech”in üzvü İsak Hajar yarışı ikinci, “Campos Racing”dən Kuş Maini üçüncü pillədə başa vurublar. Sıralanma turunda da Oliver Berman fərqlənib.
“Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer isə üçüncü pillədə yer alıblar.Formula 1 üzrə sərbəst yarışda “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.
“Ferrari”nin pilotu Şarl Lekler və “Red Bull Racing”in digər sürücüsü Serxio Peres ilk üçlüyü tamamlayıblar. Sıralanma turunu isə “Ferrari”nin pilotu Şarl Lekler qalibi kimi başa vurub.
“Red Bull Racing”in üzvləri Maks Ferstappen ikinci, Serxio Peres isə üçüncü yerdə qərarlaşıblar.
Bu qələbə sayəsində monakolu pilot cari mövsüm ilk, Bakı şəhər halqasında ardıcıl üçüncü poul qazanıb. Həmçinin bu, onun karyerasında qazandığı 19-cu nailiyyətdir.On komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.
Nadir xüsusiyyətlərə malik Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçısı UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görürlər.
Layihənin müəllifi bütün müasir Formula 1 treklərinin memarı olan Herman Tilkedir.Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqama xüsusi diqqət yetiriblər.
Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əksi istiqamətində olacaq.Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq.
Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.Aprelin 30-da Formula 1 Azərbaycan Qran-Prisi, həmçinin Formula 2 üzrə ikinci yürüş baş tutacaq.



Formula-2: Bakıda sprint yarışı start götürdü
Formula 2- nin qalibi bəlli oldu
"Formula 1": Azərbaycan Qran-prisinin proqramı bilindi
Formula-2-də sərbəst yürüşün qalibi bilindi
"Formula 2": Sıralama turu başladı
2024-cü ildə Azərbaycan Qran-prisində sprint yarışı olmayacaq
Formula 1 üzrə birinci sərbəst yürüş başladı
Bakıda "Formula 1" həyəcanı başlayır
Bu gün "Formula 1" Qran-prisinə yekun vurulacaq
Bakıda Formula-2 pilotu qəza törətdi
Bakıda Formula 2 üzrə ikinci yarışa start verildi
Bakıda "Formula 2" nin əsas yarışı başlayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 