İki aydan yuxarıdır ki, Vəhdət Partiyasının fəaliyyətinin dayandıracağı və yaxud da başqa bir partiyaya birləşəcəyi ilə bağlı məlumatlar yayılır. Bu məlumatların nə dərəcədə həqiqət olub-olmadığını yoxlamaq üçün partiyanın sədri, Milli Məclisin deputatı Tahir Kərimli ilə əlaqə saxlamaq müşkülə çevrilib. Sədrin telefonu jurnalistlər üçün "əhatə dairəsi xaricindədir”.
ONN media xəbər verir ki, Vəhdət Partiyasının təşkilat məsələləri üzrə sədr müavini Fəxrəddin Ağazadə Qaynarinfo-ya açıqlamasında Tahir Kərimlinin mətbuatdan, jurnalistlərdən küsdüyünü təsdiqləyib:
"Tahir Kərimli verdiyi açıqlamaları təhrif edib, mətbuatda və sosial şəbəkədə ona qarşı hücuma keçirlər. Sədrimizn fikirləri ilə tam tanış olmurlar, əksəriyyət saytların başlıqlarına inanır. Belə-belə şeylərə görə Tahir bəy mətbuata açıqlama verməkdən imtina edir. Deyir ki, "yorulmuşam bu adamlardan, dediyim fikirləri başqa yerə yozurlar, bu səbəbdən heç kəsə açıqlama verməyəcəyəm”.
Sədrimiz heç telekanallara da müsahibə vermir. Onun müsahibəsini olduğu kimi göstərmirlər. Tahir bəyin dediyi qalır bir tərəfdə, demədiyi bir fikiri çıxarıb yayıb, hörmətdən salırlar. Sosial şəbəkələrdə söyüş söyürlər, o da həsas adamdır, qəlbinə dəyir. Buna görə də mətbuata açıqlama vermir".
Fəxrəddin Ağazadə hesab edir ki, bu incikliyin düşməməsi üçün Tahir Kərimlinin fikirlərini olduğu kimi yayımlamaq lazımdır:
"Bunu niyə edirlər? Həsas adamdır, qəlb ağrısı keçirir. Tahir Kərimli sözün düzünü deyən adamdır. Onun bir fikiri var, "əgər mənim fikirlərimi jurnalistlər olduğu kimi vermirlərsə, o zaman niyə açıqlama verməliyəm?”.
Tahir Kərimli millətindən deyil, jurnalistlərdən küsüb, inciyib. İnanıram ki, yaxın günlərdə bu inciklik aradan qaldırılacaq”.



Tahir Kərimlinin ölümlə hədələnməsi xəbəri... - DİN-dən reaksiya
Deputatın 250 minlik maşını var? - AÇIQLAMA
Deputat ayağından xəsarət aldı
4 partiya sədrinə vəzifə verildi
İşıq, qaz, su onlar üçün pulsuz olsun - Tahir Kərimli
YAP-ın yeni sədr müavini kollektivə təqdim olundu
Milli Məclisdən “uşaq pulu” ilə bağlı AÇIQLAMA
Tahir Kərimli:“Prezident İlham Əliyevin nüfuzu burada da özünü göstərdi”
Millət vəkili parlamentdə Tarif Şurasını YIXIB-SÜRÜDÜ
Milli Məclisin ilk iclası bu tarixdə keçiriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 