Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
ONN media xəbər verir ki, dövlətimizin başçısı Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı və Cümhur İttifaqını təbrik edib.
Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu bir daha qeyd ediblər.



Ərdoğan İlham Əliyevə zəng etdi
Prezident İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyevdən Ərdoğana seçki təbriki
Prezident İlham Əliyev Ərdoğana zəng etdi
Ərdoğan İlham Əliyevə zəng etdi
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
Ərdoğan İlham Əliyevə zəng etdi
İlham Əliyev Ərdoğana zəng etdi
Ərdoğan Əliyevə zəng etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 