“Köhnə məktəbli formaları artıq tarixə qovuşdu. 2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında artıq istehsala başlamışıq”.
Bu barədə Bizim.Media-ya Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov məlumat verib.
Onun sözlərinə görə, ötən il yeni məktəbli formaları ilə paralel köhnə məktəbli geyimlərindən də istifadə olunurdu. Bu il isə köhnə məktəbli geyimlərindən istifadəyə imkan verilməyəcək:
“Növbəti tədris ilindən bütün şagirdlər, hətta 11-cilər yeni geyimlərlə təhsilə başlayacaqlar. Bakı şəhər Təhsil İdarəsi ilə Elm və Təhsil Nazirliyi bu işlə məşğuldurlar. Onlar istehsalçılarla iş aparıblar və hər kəsə konkret bölgənin, eləcə də məktəbin tapşırığı verilib. Köhnə məktəbli formaları istehsal etmirik və heç o geyimlərdən anbarda da qalmayıb. Yeni məktəbli geyimlərinin istehsalı ilə bağlı sifarişləri nazirlik indidən verib. Keçən il rüsvayçılıq oldu. Bizə heç kim, heç nə deməmişdi deyə problem yaranmışdı. Hesab edirəm ki, bu il belə bir çətinliyimiz olmayacaq”.
Xatırladaq ki, ötən ilin mart ayında Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərar imzalayıb.
Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsi təhsil alanlarının geyim formalarının təsvirləri təsdiq edilib. Bu Qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir. Nazirlər Kabinetinin qərarında da bildirilib ki, ötən il istifadə olunan geyim növbəti il üçün tətbiq edilməyəcək.
Onu da bildirək ki, artıq bəzi məktəb direktorları valideynlərə indidən tapşırıq verir ki, növbəti ildən dərsə gələcək uşaqlar filan rəngli forma geyinməlidir



Məktəbli formalarının tikilişinə başlanılıb
Məktəbli formaları ucuzlaşıb - AÇIQLAMA
Apreldən məktəblərdə yeni forma tətbiq ediləcək?
Məktəbli formaları ilə bağlı direktorlara tapşırıq verildi
Yeni məktəbli formaları istifadəyə hazırlanır
Məktəbli formaları nə vaxt satışa çıxarılacaq?
Məktəbli formalarının qiyməti bahalaşacaq?
Məktəbli formaları ilə bağlı YENİLİK
Məktəbli formaları ilə bağlı narazılığa rəsmi reaksiya
Məktəbli formaları ilə bağlı daha bir rəsmi açıqlama
Yeni məktəbli formalarının qiyməti necə olacaq?
Məktəbli formalarının qiyməti AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 