Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
ONN media məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Prezident, əziz Qardaşım!
Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Özündə dərin məna ehtiva edən bu gündə Azərbaycan xalqının haqlı qürurunu və sevincini ürəkdən bölüşürük.
Türkiyədə baş verən zəlzələlərdən sonra "kədəriniz kədərimizdir" anlayışı ilə qardaş Azərbaycanın uzatdığı yardım əli və nümayiş etdirdiyi güclü dəstəyə görə bir daha təşəkkürümü bildirirəm.
Zati-alinizin həmrəylik göstərmək üçün şəxsən ölkəmizə səfəri aramızdakı möhkəm tellərin ən bariz göstəricisi olmuşdur. Türk xalqı bu qardaş köməyini heç vaxt unutmayacaq.
Zəlzələdə həyatını itirən azərbaycanlı qardaş və bacılarımıza görə bir daha başsağlığı verirəm.
"Bir millət, iki dövlət" şüarı ilə birlikdə imzaladığımız Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibətlərimiz indiyədək olduğu kimi, gələcəkdə də ölkələrimizin və regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq.
Fürsətdən istifadə edərək, Zati-alinizin cansağlığı və xoşbəxtliyi, dost və qardaş Azərbaycan xalqının rifahı və firavanlığı ilə bağlı ən xoş arzularımı bir daha çatdırıram".



Ərdoğan İlham Əliyevi təbrik etdi
Ərdoğan İlham Əliyevi təbrik etdi
Ərdoğan Azərbaycan Prezidentinə məktub göndərdi
Ərdoğan İlham Əliyevi təbrik edib
Ərdoğan İlham Əliyevə məktub göndərdi
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə məktub göndərdi
Kral və Kraliça Prezidenti təbrik etdi
Myanma və Sloveniya liderləri İlham Əliyevi təbrik etdilər
Abdullah Gül İlham Əliyevi təbrik etdi
TÜRKSOY-un Baş katibi İlham Əliyevi təbrik edib
TÜRKSOY-un baş katibi İlham Əliyevi təbrik etdi
Salome Zurabişvili İlham Əliyevi təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 