Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin etimadnaməsini qəbul edib.
ONN media xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini bildirdi, bu baxımdan özünün Qazaxıstana, Qazaxıstan Prezidentinin isə Azərbaycana səfərinin əlaqələrimizin genişlənməsi işinə təkan verdiyini vurğulayıb.
Prezident İlham Əliyev xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu qeyd edib, hər zaman qarşılıqlı dəstəyin nümayiş etdirildiyini bildirib. Bu gün bu amilin Xəzər dənizi hövzəsində və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük önəm daşıdığını deyib.
Dövlət başçısı hazırda Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin və daşımalarının həcminin artırılması istiqamətində fəal danışıqların getdiyini qeyd edərək nəqliyyat-logistika sahəsinin iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biri olduğunu deyib və həyata keçirilən birgə infrastruktur layihələrinin yükdaşımaların həcminin genişlənməsi üçün yaxşı imkan yaratdığını vurğulayıb.
Azərbaycan Prezidenti eyni zamanda gəmiqayırma müəssisələrinin imkanlarından da istifadə olunmasının önəmini qeyd edib. Dövlət başçısı bir müddət bundan əvvəldən başlayaraq Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql olunmasının əhəmiyyətini vurğulayıb və bunun energetika sahəsində əməkdaşlığı genişləndirmək işinə mühüm töhfə verdiyini deyib. Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu bildirən Alim Bayel ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.
Səfir ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ehtiramını ifadə edərək Müstəqilik Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib.Alim Bayel əlaqələrimizin genişlənməsində iqtisadi-ticari sahədə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin və ölkələrimiz, eyni zamanda digər regionlar üçün böyük geoiqtisadi önəm daşıyan layihələrin həyata keçirilməsinin prioritet olduğunu bildirib.
Bu xüsusda Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsini, Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsini, Qazaxıstan neftinin ixracının şaxələndirilməsini qeyd edib.Görüşdə Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulanıb.



İlham Əliyev Banqladeşin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
İlham Əliyev Pakistan səfirinin etimadnaməsini qəbul etdi
Prezident daha bir səfiri qəbul etdi
Prezident İsveçin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Portuqaliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident finlandiyalı səfirin etimadnaməsini qəbul etdi
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident iki ölkənin səfirinin etimadnaməsini qəbul etdi - FOTO
İlham Əliyev üç ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident Filippinin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Azərbaycan Prezidenti İsveçrənin yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident bu ölkəyə rəsmi səfərə dəvət olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 