Neftçala rayonunun yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan II magistral su kəmərinin inşası yekunlaşıb və kəmər istismara verilib.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Şirvan-Muğan qrup su kəmərindən qidalanan kəmər Neftçala şəhəri ilə yanaşı rayonun kəndlərinin də dayanıqlı su təminatına imkan verəcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı” çərçivəsində su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin, o cümlədən Neftçala rayonunun kənd və qəsəbələrinin içməli su təchizatında yaranan problemin həlli məqsədilə çəkilən I kəmər 2020-ci ildə istismara verilib.
Bu kəmər Neftçala şəhəri və ətraf yaşayış məntəqələrini içməli su ilə təmin etməyə imkan yaradırdı. İçməli sudan ciddi əziyyət çəkən digər yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması üçün əlavə su həcmlərinə ehtiyac yaranıb.
Bunlar nəzərə alınaraq Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə II magistral su kəməri çəkilib. 450-560 mm diametrli borularla 38 km uzunluğunda inşa edilmiş II magistral kəmər Salyan şəhərində yeni tikilmiş 7500 kubmetr tutumu olan su anbarından qidalanır.
Yeni kəmərin I Salyan-Neftçala magistral su kəmərilə əlaqələndirilməsi gələcəkdə baş verə biləcək qəzalar və ya suya tələbatın artdığı yay aylarında yaşayış məntəqələrinin dayanıqlı su təchizatına imkan yaradacaq.
Xatırladaq ki, 2020-ci ildə icra olunan layihə çərçivəsində Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmər və Salyan şəhəri yaxınlığında həcmi 7 500 kubmetr olan su anbarı tikilib. 2020-ci ilin noyabr ayında yeni infrastrukturdan Neftçala şəhərinə suyun verilməsi təmin edilib. Bu layihələr Neftçala şəhəri və rayonun kəndlərində 80 mindən çox sakini keyfiyyətli içməli su ilə təmin edəcək//axar.az



Neftçalaya yeni su xətti çəkiləcək
Neftçalaya yeni magistral su kəməri çəkilir - FOTO
Sabah bu rayonlarda qaz olmayacaq
Bərdə sakinlərinə şad xəbər
Suqovuşan və Talışın içməli su təchizatı bərpa edilir
Sabah Bakının bu rayonunda su olmayacaq
Azərbaycanda ilk: dəniz suyu çaya qarışdı
Bakının bu rayonlarına su məhdudiyyətlərlə veriləcək - RƏSMİ
Hövsanda yaşayanlara ŞAD XƏBƏR
Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
200-ə yaxın insan içməli sudan ZƏHƏRLƏNDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 