"Əgər qarşıya qoyulan hədəflərə nail ola biləriksə, idxal olunan məhsullarla yanaşı, yerli məhsulların da qiymətinin optimallaşdırılmasının şahidi ola bilərik”.
ONN media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, hökumətin proqnozu ondan ibarətdir ki, 2023-cü ildə 2022-ci illə müqayisədə inflyasiyanın səviyyəsi nisbətən az olacaq.
“Belə ki, 2022-ci ildə inflyasiya 13,9 faiz olmuşdu. Ancaq ərzaq məhsullarında 20 faizə yaxın qiymət artımı qeydə alınmışdı. Bu il üçün rəsmi inflyasiya proqnozu 10,9 faizdir. İnflyasiyanın azaldılması istiqamətində hökumətin işləri daha intensiv şəkildə davam etdirməsi olduqca əhəmiyyətlidir. Həm qiymətlərin optimallaşdırılması, vətəndaşlarımızın xərclərinin azaldılması baxımından da vacibdir.Çünki inflyasiyanın azalması həm idxal olunan, həm yerli məhsulların qiymətlərinin artımının qarşısını almaq baxımından olduqca əhəmiyyətlidir”, - deyə o, əlavə edib.
Qeyd edək ki, iyunun 2-də maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib ki, Proqnozlarda orta illik inflyasiya artımının səviyyəsinin enməsi nəzərdə tutulur//metbuat.az



Gələn ildən qiymət artımları davam edəcək və... - DEPUTAT AÇIQLADI
Əli Əsədov qiymət artımından danışdı
Elman Rüstəmov - Azərbaycanda ötən il 2,6% inflyasiya qeydə alınıb
Ermənistanda bahalaşma tüğyan edir
Azərbaycanda ərzaq məhsulları bahalaşdı - Video
Aptek və marketlərdə qiymət ucuzlaşacaq?
Azərbaycanda bu məhsulların qiyməti bahalaşıb
Nazir qiymət artımından danışdı
Ölkədə ərzaq bahalaşmasının SƏBƏBİ nədir?
İnflyasiyanın artması müharibə ilə bağlı deyil - Putin
Qoyun əti 70 faiz bahalaşıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 