Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin keçmiş milli müdafiə naziri Hulusi Akara minnətdarlıq məktubu göndərib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən ONN media-ya verilən məlumatda qeyd olunub.
"Cənab Hulusi Akar, Sizə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə birgə fəaliyyətimizə görə minnətdarlığımı bildirirəm.
Siz daim Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə və Azərbaycan Ordusunun təkmilləşdirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə böyük töhfə vermisiniz.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində də Azərbaycan xalqına və ordumuza daim mənəvi dəstək olmusunuz.
Siz həmişə Azərbaycanı və Azərbaycan Ordusunu sevmisiniz.
Əminəm ki, Türkiyə Böyük Millət Məclisində fəaliyyətiniz zamanı da hər iki qardaş ölkənin ordularının qüdrətlənməsi naminə əməyinizi əsirgəməyəcəksiniz.
Sizi öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram", - məktubda bildirilib.



Zakir Həsənov Hulusi Akarla görüşdü
Zakir Həsənov Hulusi Akara başsağlığı verdi
Zakir Həsənov Hulusi Akarla danışıb
Zakir Həsənov Hulusi Akarla görüşdü
Hulusi Akar Bakıya gəldi
Azərbaycan və Türkiyənin müdafiə nazirləri Qəbələdə
Zakir Həsənov Hulusi Akarla telefonla danışdı
Zakir Həsənov Akara başsağlığı verdi
Hulusi Akarla Zakir Həsənov arasında Qarabağ müzakirəsi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 