“Uber” və “Bolt” taksi şirkətlərinin daha 11 sürücüsü sərnişinlərlə qeyri-etik formada davrandıqları və narkokuryerlik etdikləri üçün saxlanılıb.
ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin əsasən xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təkliflər etmələri və taksi görüntüsü yaradaraq narkokuryerlik etmələri barədə daxil olan əməliyyat məlumatları əsasında polis əməkdaşları tərəfindən növbəti təxirəsalınmaz tədbirlər keçirilib.
Son bir neçə gündə həyata keçirilən tədbirlər nəticəsində qeyd olunan qanunazidd əməlləri törədən həmin şirkətlərin daha 11 sürücüsü müəyyən edilərək saxlanılıb. Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən bir qisminin cinayət məsuliyyətinə, digərlərinin isə inzibati məsuliyyətə cəlb olunmaları təmin edilib.
Bu istiqamətdə polis əməkdaşları tərəfindən intensiv tədbirlər davam etdirilir.
Qeyd edək ki, vətəndaşlar taksi xidmətlərindən istifadə edən zaman qarşılaşdıqları bu kimi neqativ hallarla bağlı dərhal ərazi polis orqanlarına, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər//axar.az



“Uber” və “Bolt”un xanımlara sataşan sürücüləri saxlanıldı
Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq?
Bakıda taksi sürücüsü saxlanıldı: xanım sərnişini...
Bakının bu ərazisində taksi duracaqları yaradıldı
Taksi sürücüləri ilə bağlı YENİ TƏLƏB
Uber taksiləri qadağan edildi
Bakıda taksi xidmətləri kəskin bahalaşdı
Taksilər niyə bahalaşıb?
Taksilərdə POS-terminallar quraşdırılacaq
Bu taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur
"Uber" istifadəçilərinə ŞAD XƏBƏR - Kartla...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 