Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.
İdarədən ONN media-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 18-dən 21-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, bəzi yerlərdə yağış yağacağı, yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı bildirilir.
"Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək onlara ehtiyatlı olmağı, yağış nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artmasını nəzərə alaraq yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün nasaz avtomobillərdən mümkün qədər istifadə etməməyi, daha çox ara məsafəsi saxlamağı, küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşəsilgəclərinin, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi tövsiyə edir.
Digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumununa görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar".



DYP-dan hava ilə bağlı XƏBƏRDARLIQ
DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
Hava ilə bağlı sürücülərə müraciət
DYP hərəkət iştirakçılarına müraciət etdi
DYP bununla bağlı sürücülərə müraciət etdi
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
DYP-dən sürücülərə HAVA XƏBƏRDARLIĞI
Yol polisi sürücülərə müraciət etdi
Hava ilə bağlı yol polisindən müraciət
Yol polisindən əhaliyə MÜRACİƏT
DYP küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 