Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobuslarda nağdsız ödəniş üçün hazırladığı yeni mobil tətbiqini təqdim edib.
ONN media xəbər verir ki, təqdimat mərasimində çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev mobil tətbiqin iyulun 1-dən tam istifadəyə veriləcəyini bildirib.
"Mobil tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaşdıra, “Bakı Kart”ın balansını artıra və gediş haqqını ödəyə bilərlər.Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün mobil nömrə və şifrə kifayətdir. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər. Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir", - deyə o qeyd edib.
“Bakı Kart” mobil tətbiqi və www.bakikart.az saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir. Bu o deməkdir ki, www.bakikart.az saytı ilə qeydiyyatdan keçmiş istifadəçilər üçün mobil tətbiqdə yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstifadəçilər yalnız qeydiyyatdan keçdiyi mobil nömrə və şifrə daxil etməklə mobil tətbiqdən yararlana bilərlər. “Bakı Kart” mobil tətbiqinin beta versiyasını həm “Əp Stor” (App Store), həm də “Quql pley stor”da (Google Play Store) yükləmək mümkündür. Tətbiq hazırda beta versiyada olduğu üçün istifadəçilər xətalarla və yaxud qeyri-dəqiq məlumatlarla qarşılaşa bilərlər. Bununla əlaqədar olaraq beta istifadəçilərdən qarşılaşdıqları xətalar barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət etmək olar", - deyə A.Rzayev əlavə edib.



"Bakı Kart" ilə bağlı YENİLİK
"Bakı Kart" işlədənlərə ŞAD XƏBƏR
"Bakı Metropoliteni"ndə QR ödəniş üsulunun tətbiqinə başlanılır
Avtobuslardakı kart sistemi ilə bağlı şad xəbər
Avtobusla rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ
"Bakı Kart"la bağlı mühüm açıqlama
DİQQƏT- Bu avtobuslar kart sisteminə keçir
Parkinqlə bağlı bu xidmət pullu oldu
YENİLİK: Elektrik sayğaclarının balansını mobil telefonla artırmaq mümkün olacaq
Bu marşrutlar da kart sisteminə keçir
İstifadəsiz qalmış avtobuslar dövriyyəyə qaytarılacaq
Ölkəmizdə yeni ödəniş sistemi işə salınır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 