İyunun 22-də axşam saatlarında Şahdağa qar yağıb.
ONN media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
İyunun 23-ü saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.Bəzi şimal və qərb rayonlarında yağıntılar intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Zaqatalada 44, Göygöldə 34, Şəkidə 30, Daşkəsəndə 32, Qəbələdə 26, Gəncədə 25, Balakəndə 23, Gədəbəydə 19, Oğuzda 18, Qaxda 16, Tovuz, Qrız, Ceyrançöldə 12, Mingəçevir, Şahdağ, Qusar, Şəmkir, Naftalan, Şərur, Quba, Ağdam, Tərtər, Ağstafa, Naxçıvan, Şahbuz, Sədərək, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Sabirabad, Lerikdə 8 mm–dək olub.
İyunun 22-də saat 20:00-da Oğuz rayonu ərazisindən axan Əyriçaydan sel keçib.
Daşkəsən, Naftalan, Göygöl, Şahdağ, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 100 metrədək məhdudlaşıb. İyunun 22-də şimal-qərb küləyi arabir Naxçıvanda 20 m/s, Şabranda 16 m/s-dək güclənib.
Havanın maksimal temperaturu iyunun 22-də iqlim normasından 1 dərəcə aşağı olaraq Bakı, Abşeron yarımadası və Naxçıvan MR-da 31, dağlıq rayonlarda 16, Aran rayonlarında 30 dərəcəyədək isti təşkil edib.



Faktiki hava açıqlandı
Şahdağa 54 sm qar yağıb - FAKTİKİ HAVA
Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
Leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA
Azərbaycana 17 sm qar yağdı
Bu bölgələrdən sel keçib - FAKTİKİ HAVA
Faktiki hava açıqlandı
Yağıntılı hava nə vaxta kimi davam edəcək?
Faktiki hava açıqlandı
Bu ərazilərimizə qar yağdı
Ölkənin bəzi yerlərində şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
Bu rayonlara yağış yağdı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 