Pişiklər dünyanın hər yerində insanlarla yaşayan ən sevimli ev heyvanlarından biridir.
ONN media xəbər verir ki, Minnesota Universitetində pişiklərin insanların psixoloji və fiziki sağlamlığına təsiri araşdırılıb.Tədqiqatçılar pişik sahibi olan insanlarda infarkt riskinin az olduğu qənaətinə gəliblər.
Araşdırmada məlum olub ki, öz pişiyi olmayanların ürək-damar xəstəliklərindən ölmə ehtimalı evdə pişik saxlayanlara nisbətən 40 faiz daha çoxdur.
Buffalodakı Nyu York Universitetində aparılan araşdırmalar isə pişik sahiblərinin qan təzyiqinin digərlərinə nisbətən daha aşağı olduğunu ortaya çıxarıb.
Elm adamlarının fikrincə, bu həm də tək yaşayan insanların məsuliyyətli olmasına kömək edir. Pişik bəsləmənin faydalarından biri də tənhalığa faydalı olması və uşaqların psixi sağlamlığına müsbət təsir göstərməsidir.
Evdə pişik saxlamağın uşağın inkişafı və ruh sağlamlığına əhəmiyyətli təsirləri olduğunu deyən mütəxəssislər qeyd edir ki, uşaqlar üçün ev heyvanlarının olması onların sosial ünsiyyətini, empatiyasını və məsuliyyət hissini artırır.
Amerika Milli Allergiya və Yoluxucu Xəstəliklər Şurasının üzvü Dr. Marshall Plaut bildirir ki, erkən yaşda ev heyvanları ilə təmasda böyümək gələcəkdə immunitet sistemini gücləndirir və ümumi allergiyanı əhəmiyyətli dərəcədə azaldır.
2014-cü ildə Viskonsin ştatında aparılan bir araşdırmada pişik sahibi olan kollec tələbələrinin olmayanlardan daha yüksək qiymət aldığı ortaya çıxıb.
Nəticədə alimlər bu qənaətə gəliblər ki, hər evdə ev heyvanının olması həm uşağın inkişafı, həm də fiziki və psixi sağlamlığı baxımından qoruyucu faktor hesab edilir.



Narko-kuryer pişik ƏLƏ KEÇDİ
55 minə görə pişik oğurladı
Rusiyada pişiklərə də sanksiya tətbiq edildi
Pişik səsinin insan orqanizminə MÖCÜZƏVİ FAYDASI
Sosial mətbuatın yeni fenomeni — Balıqçı pişik
Pişik 9 aylıq uşağı boğaraq öldürdü - QORXUNC OLAY...
Pişik saxlayanlar şizofren olur – Şok
İtkin düşən pişik 11 il sonra geri döndü
Şuşada dağıdılmış məsciddə yaşayan mavrılar - VİDEO
Məşhur pişik satışa çıxarıldı- ŞOK
"Pişik baxışları" makiyajı necə etməli?
Nəticələri düzgün proqnozlaşdıran pişiyə azarkeş pasportu verilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 