ABŞ-da Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar iyunun 29-dək davam edəcək.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.
"Biz danışıqların sabah, çərşənbə axşamı başlayacağını və bu həftənin cümə axşamına kimi davam edəcəyini gözləyirik. Katib Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək və həftə ərzində daha ətraflı məlumat əldə edəcəyik. Biz əminik ki, birbaşa dialoq həll edilməmiş məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır”, - deyə o bildirib.
Xatırladaq ki, 26 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində dövlət katibi E.Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, danışıqlar bir neçə gün davam edə bilər.
“Görüş sabah başlayacaq. Çox güman ki, danışıqlar bir neçə gün davam edəcək. Əsas mövzu sülh sazişidir”, - deyə o bildirib.



Ceyhun Bayramov ABŞ-a səfər edib
Bayramov və Mirzoyan görüşdü
Üçtərəfli görüşün saatı məlum oldu
Blinkendən üçtərəfli görüşlə bağlı ilk açıqlama
Blinkenlə Bayramov arasında görüş başladı
XİN təsdiqlədi: Üçtərəfli görüş keçiriləcək
Bayramov və Mirzoyan arasında görüş başladı
Bayramov və Mirzoyan arasında növbəti görüş başladı
ABŞ-dan Bakı və İrəvanla bağlı növbəti açıqlama budur
Vaşinqtonda üçtərəfli görüş keçirildi- Nə müzakirə olundu?
Bayramov, Mirzoyan və Blinken arasında telefon danışığı olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 