Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
ONN media xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Tünzalə Müsafəddin qızı Hüseynova yaşadığı mənzildə əri ilə mübahisə edib.
Mübahisə zamanı əri ona bıçaqla zərbə vurub.
Qadın döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.