Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 6 nəfər ağır xəsarət alıb.
ONN media "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində baş verib.
Belə ki, kompleksdəki üçüncü binanın lifti 7-ci mərtəbədə olan zaman qırılıb və şaxtaya düşüb.Hadisə nəticəsində liftdə olan 6 nəfər (ikisi azyaşlı) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Şahidlərin sözlərinə görə, onlardan birinin vəziyyəti ağırdır.
TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib:
“Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.
Qeyd olunub ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.



Bakıda lift qırıldı- Xəsarət alanlar var
Bakıda liftin qırılması nəticəsində xəsarət alanların son durumu AÇIQLANDI
Xırdalanda partlayışda yaralananların son durumu necədir?
Güclü küləkdə xəsarət alanların sayı açıqlandı
Çoxmərtəbəli binanın lifti qırılıb-YARALANANLAR VAR
Bakıda kran aşdı - Ölən və yaralanan var (YENİLƏNDİ)
Xətaidəki yanğınla bağlı rəsmi açıqlama
Bakıda güclü külək: 7 nəfər xəsarət aldı
Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var
Bakıda sexdə partlayış: 24 yaralı var - Rəsmi
Abşeronda yanğın: 4 yanğınsöndürən xəsarət aldı
Yaşayış binasında yanğın oldu- 19 nəfər xəsarət aldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 