İnsanlar onurğa və oynaq ağrıları zamanı qülükozamin xondroitin tərkibli sintetik dərman preparatlarından istifadə edirlər. Ancaq bu baxımdan ən gözəl təbii qida sümük ( sümüklü ətin) suyudur. Sümük suyu oynaqların, immun və həzm sisteminin ən yaxşı qoruyucusu hesab edilir, osteoartrozda, osteoxondrozda, sümüklərin travmatik zədələnmələrində, paradontopiyada, poliartritdə olduqca faydalı qidadır. Sümüklü ətin uzun müddət az odda bişirmək kolagen, qlutamin, prolin, qlisin kimi aminositlərin üzə çıxmasını təmin edir.
ONN media xəbər verir ki, kalsium, maqnezium, fosfor, kükürd kimi minerallar sümük suyunun tərkibində bədənin asanlıqla qəbul edəcəyi formada olur. Sümük suyunun daha dadlı olması üçün əlavə olaraq bura 2-3 qaşıq alma sirkəsi, sarımsaq və cəfəri qatmaq sümük suyunu daha dadlı və faydalı edir.
Tərkibi:
Tərkibindəkilər sayəsində sümük suyu bədəndəki toxumaların, xüsusilə dəri və əzələturşular sayəsində bədəndəki toxumaların, xüsusilə dəri və əzələ toxuması bərpa edərək yenilənməsini təmin edir. Sümük suyu kollagen və jelatin tərkibi ilə bağırsaqları təkrar nizama sala bilir, həzm sisteminin selikli qişasına və qidaların yaxşı həzm olunmasına kömək edir. Sümük hüceyrələri daim yenilənir. Bu tarazılıqŕ pozulduqda osteoporoz yaranır. Osteoporoz zamanı sümüklər zərifləşir və sümükdaxili mikroqırıqlar, çatlar əmələ gəlir. Xəstəlik kəskinləşdikcə çatlar dərinləşir, qopmalar yaranır, əsasən də oynaq başlarında müşahidə olunur. Belə insanlarda ayaq sümükləri əyilərək mötərizə formasını alır. Ümumiyyətlə həm osteporozda, həm klimaks keçirən qadınlara sümük suyundan istifadə etməyi tövsiyyə edərdim. Sümük suyu kolagen tərkibi sayəsində oynaqlardakı iltihaba faydalıdır.Bu gün Amerika mütəxəssisləri də meyvə suları ilə yanaşı sümük suyu uçməyi tövsiyyə edirlər. Sümük suyu dərinin kollagen liflərinə də təsir edərək onu parlaq və hamar edir. Hamilə qadınlara, uşaqlara, yaşlılara, kslsium defisitliyi olanlara hər gün 1- 2 stəkan sümük suyu içmək mütləq şəkildə lazımdır. Sümük suyunu soyuducuda 3 ay müddətində dondurub saxlaya bilər və lazım gəldikdə də istifadə edə bilərsiniz.



Sümükləri gücləndirən QİDALAR
Çox çay və qəhvə içənlərə həkimdən QORXUNC XƏBƏRDARLIQ
Damarların daralmasının qarşısını alan yeganə qida! - Gündə bir ovuc kifayətdir
Tut bəhməzinin inanılmaz faydaları
Təzyiqi aşağı salır, immuniteti gücləndirir – Ayranın faydaları
Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edilib
Qara əncirin inanılmaz faydaları
Sümüklərinizi bu üsulla möhkəmləndirin
Laçında bir ədəd kəllə sümüyü aşkarlandı
Qazlı içkilər insanın sümüklərini əridir - Həkim
Şaftalı suyunun faydalarından xəbəriniz varmı?
Sümükləri ZƏİFLƏDƏN 7 FAKTOR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 