Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiq olunub, təyinatlar var.
ONN media xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq, nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Prezident İlham Əliyevin 23 fevral 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib.
Bildirilib ki, Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq, nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional mədəniyyət idarələri əsasında Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələri yaradılıb.
Dövlət başçısının sözügedən Sərəncamına müvafiq olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yeni regional mədəniyyət idarələrinin strukturu və əsasnamələri təsdiq edilib.
Məlumata görə, Fərid Vidadi oğlu Qurbanzadə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi, Rəşad Rahib oğlu Əliyev - Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.



Prezident bu nazirliklə bağlı sərəncam imzaladı
Prezidentdən Şərqi Zəngəzur və Qarabağla bağlı sərəncam
Prezident Təhsil Nazirliyinin strukturuna dəyişiklik etdi
Mədəniyyət Nazirliyində yeni təyinat
İqtisadiyyat Nazirliyində kadr dəyişikliyi
Anar Kərimovdan YENİ RƏİS TƏYİNATI
Fevralın ilk 10 günü: normadan 6 dərəcə çox...
Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ
Ali məktəblərə qəbul proqramında dəyişiklik edildi
Prezident fərman imzaladı
Mədəniyyət naziri onlara YÜKSƏK VƏZİFƏ VERDİ
Prezident yeni idarənin yaradılması ilə bağlı fərman imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 