Azərbaycanda yerli sosial şəbəkə seqmentində yeni dələduzluq forması yayılıb.
ONN media xəbər verir ki, “Telegram”da təhlükəli “spam” dalğası vasitəsi ilə insanları aldatmağa başlayıblar.
Şəxsi dost siyahınızda olan şəxslərdən gələn linkə klik etdikdə, bütün “Telegram” kontaktlarına adınızdan mesaj gedir. Bu zaman isə dələduzlar hesabınıza giriş əldə edərək hesabınızı ələ keçirirlər. Adətən linkə diqqət cəlb etmək üçün "mənə səs ver", “mənə kömək edə bilərsən”, "500 manat uşaq pulu almaq üçün linkə tıkla" kimi diqqət cəlb edən mesajlardan istifadə edilir.
Baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Metbuat.az-a bildirdi ki, belə hallarla qarşılaşanların polisə məlumat vermələri xahiş edilir:
"Son vaxtlarda saxta iş elanları paylaşaraq dələduzluq edənlərə tez-tez rast gəlinir. Onlar “Telegram”, Facebook”, “İnstagram” və elan saytları vasitəsi ilə müxtəlif məzmunlu şirnikləndirici təkliflər etməklə vətəndaşların inamından istifadə edərək onları aldadırlar. Həmin şəxslər vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edir və yazışmanı əsasən “WhatsApp” vasitəsilə aparırlar.
Bu kimi neqativ halların qarşısını almaq məqsədilə polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında əməliyyat texniki əməliyyat axtarış və əməliyyat istintaq tədbirləri görülməklə hal araşdırılır və qanunamüvafiq şəkildə təmin olunur. Bir daha vətəndaşları internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağa çağırır və kibercinayətkarlıqla üzləşdikləri təqdirdə DİN-in "102 – Xidməti Zəng Mərkəzi” həmçinin sosial şəbəkələrdə “polisazərbaycan” rəsmi səhifələri vasitəsi ilə məlumat vermələrini xahiş edirik".





DİN-dən sosial şəbəkə istifadəçilərinə CİDDİ XƏBƏRDARLIQ
"Telegram" istifadəçiləri buna görə PUL ÖDƏYƏCƏKLƏR
Yeni dələduzluq metodu yayılıb?- XƏBƏRDARLIQ
Telegram çökdü
Maşın elanları saytında vətəndaşları belə aldadıb
Telegram istifadəçilərinin NƏZƏRİNƏ
"Whatsapp" və "Instagram"da olan funksiya artıq "Telegram"da
DİQQƏT- Kart məlumatları bu cür ələ keçirilir
İranda "Telegram" və "Instagram"-a giriş bağlandı
Emrelinin adından dələduzluq
“Telegram”da baş vermiş problemin səbəbi açıqlanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 