İyulun 9-da II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
İmtahan keçirilən şəhər və rayonlarda 85 imtahan binası, 1547 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 85 ümumi imtahan rəhbəri, 252 imtahan rəhbəri, 1942 nəzarətçi–müəllim, 275 buraxılış rejimi əməkdaşı, 85 bina nümayəndəsi ayrılıb.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 6 abituriyent və 1 nəzarətçi müəllimdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, 2 nəfər binanın girişində yoxlama zamanı üzərində olan mobil telefonu gizlətməyə cəhd etdiyi üçün imtahana buraxılmayıb. Üzərində mobil telefon aşkar olunanların nəticələri ləğv olunur və onlar müsabiqəyə buraxılmırlar. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.
İmtahanda 20 838 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda, həmçinin 33 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin Teleqram kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.
Bu gün saat 14:00-da DİM-in Yutub kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
Abituriyentlər suallarını Feysbukda yerləşdirilən müvafiq postun altına yaza bilərlər.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.



ll qrup ali məktəblərə qəbul imtahanı keçirildi
Ehtiyatda olan hərbiçilərin toplanışı ilə bağlı RƏSMİ CAVAB
İmtahan nəticələri bu tarixdə ELAN OLUNACAQ
Qızdırması olan 4 şagird imtahana buraxılmadı
Bu gün keçirilən qəbul imtahanında 2 nəfərdə mobil telefon aşkarlandı
lV qrupa qəbul imtahanı başa çatdı
4 nəfər imtahana buraxılmadı - SƏBƏB?
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb
II və III ixtisas qrupları üzrə qəbul imtahanı başa çatdı
DİM tərəfindən növbəti imtahanlar keçirilir
I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
11-cilərin sonuncu buraxılış imtahanı keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 