Ölkəmizdə səfərdə olan Yaxın Şərq və Cənubi Asiya regionu (NESA) üzrə Təhlükəsizlik məsələlərinin araşdırılması Mərkəzi nəzdində Cənubi Afrika Milli Müdafiə Birliyi (SANDU) Strateji Tətbiqetmə şöbəsinin rəisi cənab Çarlz B.Marksın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov qonaqları salamlayaraq, onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Nümayəndə heyətinə Milli Müdafiə Universitetinin yaranma tarixi, onun nəzdindəki hərbi təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri, strukturu və qarşıda duran vəzifələri ilə bağlı ətraflı məlumat verilib.
Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin zəruriliyi xüsusi qeyd edilib, Milli Müdafiə Universiteti ilə NESA üzrə Təhlükəsizlik Məsələlərinin Araşdırılması Mərkəzi arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.



Generalımız Türkiyə ilə hərbi əməkdaşlıqdan danışdı
Müdafiə Nazirliyi yeni məlumat yaydı
Zakir Həsənov NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
Zakir Həsənov türkiyəli nazir müavini ilə görüşdü
Kərim Vəliyev Qazaxıstan nümayəndə heyəti ilə görüşüb
Azərbaycan və Gürcüstan müdafiə nazirliklərinin nümayəndələri görüşüb
Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşdü
Zakir Həsənov türkiyəli generalla görüşdü
Azərbaycanda hərbi məktəblər Milli Müdafiə Universitetinin tabeliyinə verildi
Zakir Həsənov Şamşad Mirzan ilə görüşdü
Zakir Həsənov: Türkiyə modelinin tətbiq edilməsi...
Zakir Həsənov Hulusi Akarla görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 