Hacı Nuran yüksək vəzifəyə təyin edilib. Belə ki, aparıcı “Xarıbülbül-Şuşa” voleybol klubunun prezidenti seçilib.
ONN media xəbər verir ki, bu barədə Hacı Nuran sosial şəbəkə hesabında yazıb:
“Bu gün bu ali missiya mənə həvalə olundu. Olduqca gözlənilməz qərar idi. Qürurluyam və sevincliyəm. Etimadı doğrultmaq üçün əlimdən gələni etməyə çalışacağam. Əminəm ki, bundan sonra «Xarıbülbül» adına olan voleybol klubunun sorağı bütün dünyanın arenalarından gələcək. Etimad və güvən hər bir insan üçün vacibdir. Demək ki, gördüyün işlər, çəkdiyin zəhmət əbəs deyilmiş. Bu dəqiqələrdə həyatımın ən böyük etimadlarından biri ilə qarşılaşdım. “Xarıbülbül- Şuşa” voleybol klubunun prezidenti seçildim. Olduqca gözlənilməz, amma xoş bir təklif oldu. Qəbul etdim. Vətənimin dilbər guşələrindən olan doğma Qarabağımızın simvolu olan Xarıbülbül adına bir komandanın prezidenti olmaq mənim üçün ancaq qürurvericidir.
Komandanın hədəfi Vətən müharibəsinin simvoluna çevrilmiş xarıbülbülü beynəlxalq arenada tanıtmaq, daşıdığı formanı layiqincə təmsil etmək, bu adın dünya idmanında geniş yayılmasına töhfə verməkdir. Kifayət qədər təcrübəli, eləcə də gənc voleybolçulardan təşkil olunan komanda ötən il Macarıstanda keçirilən təlim-məşq toplanışında iştirak edib və yoxlama oyunlarında qələbə qazanıb”.



Hacı Nuran evlənir
Hacı Nurana vəzifə verildi
Hacı Nuran Almaniyada xəstəxanaya yerləşdirilib
Ağadadaş Ağayev uzun müddətdən sonra görüntüləndip
Dövlət başçılarının Zirvə görüşünda “Xarıbülbül” mesajı
Hacı Nuranın vəziyyəti yenidən pisləşdi
Hacı Nuran qəza keçirdib
Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək
Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır
Xalq artisti xərçəngdən əməliyyat olundu
Ərdoğan İlham Əliyevə hədiyyələr verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 