İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oqtayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ONN media Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, spiker Sahibə Qafarova Türkiyə nümayəndə heyətini Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirərək, Fuad Oqtayın Türkiyənin vitse-prezidenti, həmçinin Türkiyə və Azərbaycan arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri olduğu dövrdəki fəaliyyətini yüksək qiymətləndirib.
İki ölkənin parlamentlərarası əlaqələrindən danışan spiker qarşılıqlı dostluq qruplarının sıx əməkdaşlığını qeyd edib, bu ilin aprel ayında Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib.
Azərbaycana səfərindən razılıqla danışan TBMM-in xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay Prezident İlham Əliyevlə dünən keçirdiyi görüş barədə təəssüratını bölüşüb.
O bildirib ki, iki ölkə arasında Şuşa Bəyannaməsi çərçivəsində yaradılmış müttəfiqlik çərçivəsi bizə çox ciddi fürsətlər verir.
Fuad Oqtay bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının hər zaman olduğu kimi, Türkiyəyə qardaş dəstəyinə görə bir daha təşəkkürünü ifadə edib.Söhbət zamanı TBMM-in komitə sədri parlament diplomatiyasının əhəmiyyəti, TürkPA çərçivəsində əməkdaşlığın perspektivləri, ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi, bölgədə həyata keçirilən nəhəng layihələr barədə fikirlərini bölüşüb.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.



Sahibə Qafarova Akarla görüşdü
Sahibə Qafarova Şəntopa başsağlığı verdi
Sahibə Qafarova Milli Məclis adından Türkiyəni təbrik edib
Qafarova Türkiyəyə başsağlığı verdi
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verdi
MM sədri Türkiyəyə getdi
Sahibə Qafarova Türkiyəyə gedir - SƏFƏRİN SƏBƏBİ...
Sahibə Qafarova Rusiyada mühüm iclasda
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri “Bakı Bəyannaməsi”ni imzaladı
Sahibə Qafarova Zurabişvili ilə görüşdü
Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 