Nazirlər Kabinetində (NK) “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə bağlı iclas keçirilib.
ONN media xəbər verir ki, bu barədə NK-dan məlumat verilib.
Azərbaycan Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, Dövlət Proqramının Tədbirlər Planına və müəyyənləşdiriləcək maliyyə vəsaitinin həcminə uyğun olaraq, 2023–2024-cü və 2025–2027-ci illər üzrə Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin icrasının təmini üçün daha təfsilatlı layihələr hazırlanaraq Azərbaycan Prezidentinə təqdim edilsin, habelə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi və icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilsin.Ölkə başçısının tapşırığının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 14 iyun tarixli Sərəncamı imzalanıb.
Bu gün Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi və İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə icraçı orqanların (qurumların) nümayəndələrinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
İclasda Azərbaycan Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamının və verilmiş digər tapşırıqların icra vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub, tapşırıqların vaxtında və keyfiyyətli icrası üçün müvafiq göstərişlər verilib.



İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev bu dövlət proqramını təsdiqlədi
Prezidentdən uşaqlarla bağlı VACİB SƏRƏNCAM
Prezident sərəncam imzaladı
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR
Naxçıvanda ingilisdilli orta məktəb yaradılır
Ölkə başçısından plastik qablarla bağlı SƏRƏNCAM
Naxçıvan MR-nın 100 illiyi ilə bağlı tədbir keçirildi
İlham Əliyevdən daha bir SƏRƏNCAM
Naxçıvanda azad iqtisadi zona və xüsusi gömrük rejimi yaradılacaq
Prezident Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramını təsdiqlədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 