Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
ONN media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən dördotaqlı mənzilin eyvanında baş verdiyi müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanın operativ tətbiqi sayəsində yanğın genişlənərək mənzilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 105m² olan mənzilin eyvanında soyuducu, kondisioner, qaz sobası və plastik pəncərə çərçivəsi yanıb, yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı deformasiya edib.
Mənzilin otaqları yanğından mühafizə edilib.Hadisə nəticəsində xəsarət alan olmayıb.



Nəsimidə yaşayış binasında yanğın olub
Bakıda yaşayış binasında yanğın olub
Bakıda binada yanğın baş verib
Bakıda yaşayış binasında yanğın olub
Bakıda binada yanğın: 10 sakin təxliyə olundu
Yasamalda binada yanğın olub- Sakinlər təxliyyə olunub
Bakıda yanğın hadisəsi baş verib
Bakıda yaşayış binasında yanğın olub- ÖLƏN VAR
Bakıda çoxmərtəbəli binada yanğın oldu
Yaşayış binasında yanğın baş verib
Bakıda yaşayış binasında güclü partlayış olub
Bakıda yaşayış binasında güclü yanğın- Sakinlər təxliyyə olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 