Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində fəaliyyət göstərən "Aysberq" kafesinin ətrafında, Yevlax rayonunun Aran qəsəbəsindəki avtoyuma məntəqəsinin yaxınlığında və Samux rayonunun Kolayır kəndi ərazisindəki dərədə məişət tullantılarının qalaqlanaraq yandırılması faktları müəyyən edilib.
ONN media xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı tullantıların Xaçmaz və Yevlax rayonları ərazilərində iaşə obyektlərinin əməkdaşları tərəfindən ətraf ərazilərə atıldığı, Samux rayonunda isə Samux Mənzil Kommunal Təsərrüfatı və İstehsalat Birliyinə məxsus yük maşınından dərəyə boşaldıldığı məlum olub.
Faktlarla bağlı “Aysberq” kafesinin istifadəçisi Namik Əsədov, avtoyuma məntəqəsinin işçisi Cəsarət Zülüyev və Samux MKTİB-nin yük maşınının sürücüsü Qara Əliyev barəsində akt, protokol tərtib olunaraq qanunamüvafiq tədbirlər görülüb.
Xidmət rəsmisinin sözlərinə görə, ərazilərin təmizlənməsi və mütəmadi nəzarət olunması ilə bağlı hər üç müəssisənin məsul şəxslərinə məcburi göstəriş verilib, Samux MKTİB-nin rəhbərliyinə isə sürücülərin fəaliyyətini nəzarətdə saxlaması üçün ciddi xəbərdarlıq olunub.



Azərbaycanda vəzifəli şəxslər cərimələndi
Xəzərdə bunu edənlər CƏZA ALDI
Azərbaycanda şirkət rəhbəri cərmələndi
Vəzifəli şəxs 3 min manat cərimə edildi
Qafqaz Konserv Zavodunun direktoru cəzalandırıldı
Qanunsuz ov edən şəxslər CƏZA ALDI
Azərbaycanın rayonlarında kənd və qəsəbə adları dəyişdirildi
Masallıda qanunsuz kömür quyuları aşkar edildi
Vəzifəli şəxs cərimələndi
Azərbaycanda vəzifəli şəxs cərimələndi
Şamaxıda qanunsuz ov edənlər cərimələndi
İmişlidə restoran sahibi cərimələndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 