Pedoqoq, tərcüməçi, rəssam-heykəltaraş Zahir Məliklinin “Torpağı Vətən edənlər” adlı yeni kitabı işıq üzü görüb.
ONN media xəbər verir ki, kitab I və II Qarabağ müharibələrində şücaətlər göstərən Yardımlı şəhidlərinə həsr olunub.
Qeyd edək ki, Vətən müharibəsinə qədər Qarabağ münaqişəsində Yardımlı 75 şəhid verib. II Qarabağ müharibəsində isə Yardımlı Səfərbərlik Xidmətindən yola salınanlardan 25 nəfər şəhid olub, 120 nəfər yaralanıb. Yaralananlardan 25 nəfərə əlillik təyin olunub.
Vətən müharibəsində Yardımlının ən çox şəhid verən kəndləri isə Zevin və Kürəkçi kəndləridir. Zevin kəndindən 5, Kürəkçidən isə 4 nəfər şəhid olub.
Z.Məliklinin “Torpağı Vətən edənlər” kitabında 37 şəhidimizin döyüş yolundan bəhs olunub.
Kitabda həmçinin 2017-ci ildə şəhid olan əfsanəvi kəşfiyyatçı, baş leytenant Şahlar Nəzərovun xidmətləri, onunla bağlı xatirələr də yer alıb.
Z.Məliklinin bildirdiyinə görə, müharibənin ağrı-acısı onların da ailəsindən yan keçməyib. Belə ki, müəllifin dayısı oğlu Səyyar Şabiyev I Qarabağ müharibəsi zamanı canını doğma torpaqlarımız ugrunda fəda edib.
Bundan başqa müəllif kitabda Ermənistanın 2022-ci il sentybar təxribatı zamanı şəhid olan 3 şəhidimizdən də bəhs edib.
Qeyd edək ki, Zahir Məlikli “Yerlə göy arasında”, “O və yerdə qalanlar”, “Enmək təhlükəsi” kitablarının müəllifidir.



Vətən müharibəsində şəhid olmuş Cəlal Bayramov Saatlıda dəfn edildi
Ərdoğan Zəfər paradında Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi
Vətən Müharibəsində 6 mədəniyyət işçisi şəhid olub
Vətən müharibəsi şəhidlərinin yeni siyahısı
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların YENİ SİYAHISI
Şəhid Pərviz Nağıyev dəfn edildi
Vətən müharibəsi şəhidlərinin ailələrinə pensiya, müavinət və təqaüd təyin edildi
Vətən müharibəsində şəhid olmuş hərbçilərin yeni siyahısı
Azərbaycanda bu məhkumlar AZADLIĞA BURAXILIR - Nazirlik HƏRƏKƏTƏ KEÇDİ
Daha bir Vətən müharibəsi qazisi ŞƏHİD OLDU
Yevlaxda şəhidlərin xatirəsinə abidə ucaldıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 