Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin rəisi, polkovnik Sarı Xəlilov, Quru Qoşunlarının Əməliyyat İdarəsinin rəisi, polkovnik Allahverdi Hacıyev və Quru Qoşunlarının inspeksiya rəisi, polkovnik Saleh Kələntərov tutduqları vəzifədən azad olunublar.
ONN media xəbər verir ki, bu barədə Bizim.Media məlumat yayıb.Onların tutduqları postdan yaş həddi ilə bağlı uzaqlaşdırıldığı bildirilir. Belə ki, hər üç polkovinikin yaşı 60-dan çoxdur.
Digər məlumata görə, işdən azad edilən polkovniklər bir neçə gün əvvəl vəzifədən kənarlaşdırılan müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovun yaxın adamlarıdır. Hətta Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin rəisi, polkovnik Sarı Xəlilovun Nizam Osmanovla sinif yoldaşı olduğu bildirilir.
Xatırladaq ki, bundan əvvəl Müdafiə Nazirliyinin 4 yüksək vəzifəli şəxsinin işdən azad olunduğu ilə bağlı məlumat yayılıb.
Bildirilib ki, Müdafiə Nazirliyinin Mənzil Komissiyasının sədri general-mayor Rasim Babayev, Müdafiə Nazirliyinin İnspektorlar qrupunun üzvü general-mayor Qədir Nəsibov, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov və müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanov tutduqları vəzifədən azad ediliblər.
Onlardan ikisinin - Nizam Osmanov və Elxan İbrahimovun vəzifələrini itirdikləri rəsmi təsdiqini tapıb.



Zakir Həsənov Kişiyevi vəzifədən azad etdi
Azərbaycanda iki general işdən çıxarıldı
4 rayonun polis rəisi İŞDƏN ÇIXARILDI
Ramil Usubovdan yeni TƏYİNATLAR - SİYAHI
SON DƏQİQƏ: Natiq Əliyev vəzifədən azad olundu
Müdafiə Nazirliyindən Elxan İbrahimovla bağlı AÇIQLAMA
Zakir Həsənovun müavini vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
Ramil Usubovdan yeni təyinat
Nazir rəisi vəzifədən azad etdi
Zakir Həsənov polkovniki vəzifədən kənarlaşdırdı - SON DƏQİQƏ
Vilayət Eyvazovdan yeni təyinat
Ramil Usubovdan yeni TƏYİNAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 