“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul Qaydaları”na əsasən, məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə elektron sistem üzərindən həyata keçiriləcək.
Məktəbəqədər təhsil müəssisələrində vakant yerlər nazirliyin rəsmi internet səhifəsində elan ediləcək.
ONN media xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.
Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaqlar.Müsabiqənin ilkin mərhələsində elektron ərizələrin qəbulu həyata keçiriləcək. Test imtahanı mərhələsində hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumilikdə 60 sual təqdim edilir. İmtahanda hər namizədə 120 dəqiqə vaxt ayrılır.
Test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumilikdə 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində namizədlər aşağıdakı meyarlar əsasında 5 ballıq şkala ilə qiymətləndirilirlər:
• ünsiyyət və təqdimetmə bacarığı;
• liderlik və idarəetmə bacarığı;
• məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi.
Müsahibədə 3,5 və daha yüksək bal toplamış namizədlər həmin mərhələdən keçmiş hesab edilirlər. Müsahibə mərhələsinin nəticəsinə əsasən, namizədlərin vakant yerlərə yerləşdirilməsi yerli təhsili idarəetmə orqanının rəyinə uyğun olaraq komissiya tərəfindən aparılacaq.
Müsabiqədə iştirak edəcək şəxslərə uğurlar arzulayırıq!



Müdir olmaq istəyənlər üçün sənəd qəbulu başlayır
Bağça müdiri olmaq istəyənlərin NƏZƏRİNƏ
Bağçada işləmək istəyənlərin NƏZƏRİNƏ
Tərbiyəçi-müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ
Bağçalara növbəyə yazılma DAYANDIRILIR
Bağçada işləmək istəyənlərin NƏZƏRİNƏ
Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ
Nazir məktəbəqədər təhsil proqramını təsdiqlədi
Valideynlərin NƏZƏRİNƏ- Proses başladı
Məktəb direktoru olmaq istəyənlərin nəzərinə!
Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
Sertfikasiya imtahanı ilə bağlı YENİLİK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 