Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Dərman vasitələri haqqında” qanunun qüvvəyə minməsi zaman içərisində Azərbaycanda həm dərman vasitələrinin keyfiyyətinin yaxşılaşdırılması, eləcə də bolluq şəraitində qiymətlərin tənzimlənməsinə kömək edəcək.
ONN media xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
O bildirib ki, mühüm və beynəlxalq səviyyədə qəbul olunmuş dəyişiklikləri özündə ehtiva edən bu qanunun qüvvəyə minməsi bu gün ölkədə dərman qeydiyyatı ilə bağlı hər hansı səbəbdən olan çətinliyin, xüsusən də qeydiyyatın həyata keçirilməsindəki süründürməçiliyin aradan qalxmasına imkan verəcək.
“Beynəlxalq dərman sektorunda fəaliyyət göstərən iri şirkətlər və zavodlar Azərbaycanda qeydiyyat sistemi asanlaşdığı üçün bütün dərman vasitələrini ölkədə qeydiyyatdan keçirməyə və qanuni yollarla gətirməyə maraqlı olacaq ki, bu da qiymətləri tənzimləyəcək, dərmanların nəzarətsiz şəkildə yüksək qiymətlərlə satılmasının qarşısını alacaq.Bu gün qonşu ölkələrlə, xüsusən Türkiyə ilə müqayisədə bəzən üç-dörd dəfə baha satılan dərmanlar qeydiyyatı olmayan dərmanlardır.
Dərman vasitəsi qeydiyyata düşmədiyi zaman əlbəttə fərqli yollarla fərdi insanlar və ya təşkilatlar tərəfindən ölkəyə gətirilir və belə olduğu halda dərman vasitəsi aidiyyatı qurumların nəzarətindən qaçacaq şəkildə yüksək qiymətlərlə satılır.Bu qanun daha əvvəl davamlı şəkildə təşkilatlar tərəfindən şikayət olunan, hər hansı bir dərman vasitəsinin 8 ay, il yarım davam edən qeydiyyat prosesini asanlaşdıraraq çox qısa müddət ərzində həllinə kömək edəcək. İnanırıq ki, bunlar gələcəkdə arzulanan nəticənin əldə edilməsinə imkan verəcək”, - deyə R.Mahmudov əlavə edib.
Qeyd edək ki, avqustun 15-də Prezident İlham Əliyevin fərmanı ilə “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklər təsdiq edilib.



Azərbaycanda bu dərmanların satışı qadağan olunur
Dərman vasitəsinin dövlət qeydiyyatı qaydası təkmilləşdirilir - RƏSMİ
Tarif Şurasından dərmanların qiyməti ilə bağlı qərar
Dərman vasitələrinin bu qaydası təsdiqləndi
Azərbaycanda dərmanlarla bağlı yeni qayda
Yaxın gələcəkdə dərmanlar elektron reseptlə təyin ediləcək
Dərman bazarındakı qıtlığın səbəbi nədir?
Ölkəyə dərman gətirənlərin NƏZƏRİNƏ
Dərman vasitələrinin idxalına icazə verilməsi qaydası müəyyənləşib
Azərbaycanda yeni zavodlar fəaliyyətə başlayacaq
Tarif Şurasına yeni səlahiyyət verildi
Azərbaycanda dərmanlarla bağlı — Yeni qadağa
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 