İnşaat şirkəti olan Şərq MTK MMC-nin rəhbəri Ziyadxan Abbasovun ölkədən çıxışı məhdudlaşdırılıb.
ONN media Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova qətnamə çıxarıb.
Ziyadxan Abbasova "stop” qoyulmasının səbəbi Şərq MTK MMC-nin külli miqdarda vergi borcu olması ilə əlaqədardır.
İş adamı borcu ödəmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 Saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edib.
İş materiallarından məlum olur ki, həmin vaxt şirkətin 51 342,53 AZN vergi borcu olub. Lakin məhkəmədən sonra da borc ödənilməyib. Hazırda Şərq MTK MMC-nin vergi borcu 66 449,85 AZN-ə çatıb.
MMC 2007-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 1000 AZN-dir.Araşdırmalarımız zamanı məlum olub ki, 2016-cı ildə də vergi borcuna görə Ziyadxan Abbasovun ölkədən çıxışı məhdudlaşdırılıb.
Şərq MTK-nın adı 3 il əvvəl inşa etdiyi binalardan mənzil alan vətəndaşlardan əlavə pul tələb etməkdə hallanıb.
Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, şirkət ev alan vətəndaşlarla müqavilələri yeniləyərkən mənzilin sahəsini artıraraq, onlardan buna görə əlavə pul tələb edib.
Ziyadxan Abbasov həmin vaxt bu iddialarla bağlı deyib ki, mənzillər satılarkən sahəsi təxmini hesablanıb. Sakinlər isə bu arqumenti qəbul etməyərək, aldadıldıqlarını bildiriblər//axar.az



Azərbaycanlı blogerin başına elə bir iş gəldi ki...
Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyuldu
Azərbaycanda vəfat edən şəxsin ölkədən çıxışına QADAĞA QOYULDU
“Atlant” rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu
Azərbaycanın ən iri bazarlarından biri bağlana bilər
Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi
Elman Rəfiyevlə bağlı araşdırma başlayıb
Azərbaycanda bu şəxslərin borcu silindi - Hesabat
Azərbaycanda ailələrin nə qədər kredit borcu var?
Vergi Məcəlləsində dəyişiklik ediləcək
Azərbaycanlı bloqerlər vergi ödəməli olacaq?
Dövlət Vergi Xidmətində 2 yeni baş idarə yaradıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 