Sabah saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə sentyabr ayı üçün biletlər satışa çıxarılacaq.
ONN media nazirliyə istinadən xəbər verir ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər.
Onun başqa şəxsə ötürülməsi mümkün deyil.Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 606 reys həyata keçirilib, 24 826 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.



Qarabağa getmək istəyənlərin NƏZƏRİNƏ
Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır
Qarabağa getmək istəyənlərin NƏZƏRİNƏ
Qarabağa getmək istəyənlərin NƏZƏRİNƏ
Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ
Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ
Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Qarabağa getmək istəyənlərin nəzərinə!
Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ
Qarabağa getmək istəyənlərin nəzərinə!
DİQQƏT- Biletlər satışa çıxarılır
Qarabağa getmək istəyənlər MÜTLƏQ OXUSUN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 