“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəmə prosesi davam etdirilib.
ONN media xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə Sumqayıt Məhkəmə Kompleksində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Bəkir Orucovun və Ziya Kazımovun 12 il 6 ay, İntiqam Məmmədovla Ülvi Rəşidovun 10 il 6 ay, Rahib Məmmədovun isə 8 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillərə müdafiə çıxışı üçün sentyabrın 14-nə kimi vaxt verilib.Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib.
İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.



Bəkir Orucov nədə ittiham olunur?
Prokuror Maqsud Mahmudova 14 il həbs istədi
Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi
Qohumlar arasında QORXUNC CİNAYƏT - Bacısının ərini...
Nikosayağı-ya 6 il həbs verilə bilər?
Rusiyada 6 il əvvəl cinayət törədən Əlövsət Məmmədov hakim qarşısında
SON DƏQİQƏ: MN-də vəzifəli şəxs saxlanıldı
Rüşvətdə təqsirləndirilən icra nümayəndəsinə AĞIR CƏZA
Rövşən Əkbərova AĞIR CƏZA VERİLDİ
Bəkir Orucov həbs olundu
Bakıda məhkəmə hakimi həbs edildi - ŞOK SƏBƏB
Namiq Zeynalov neçə illik həbs edilə bilər?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 